Evdə oturaraq diplom alanlar...
05.08.2022 [10:42]
Xaricdə distant təhsil və problemlər
Yeganə BAYRAMOVA
Son illər xaricdə təhsil adıyla fəaliyyət göstərən şirkətlərin sayı artıb. Onların çoxu mövsümü olaraq fəaliyyət göstərirlər. Bunun nəticəsidir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında yetərli bal toplamayan abituriyentlərin sayı çoxalıb. Bu baxımdan, müxtəlif ölkələrdəki universitetlərin sadəcə attestat tələbi ilə diplom verməsi həmin abituriyentlər üçün olduqca cəlbedici görünür. Ancaq xaricdə təhsil alan azərbaycanlıların diplomu çox vaxt Azərbaycanda tanınmır. Həmin şəxslər Azərbaycana qayıtdıqda ölkə ərazisində ali təhsil sənədini tanıtmalı və ixtisas ekvivalentini müəyyən etdirməlidir. Çünki qanunla xaricdə təhsil alan şəxsin diplomu Azərbaycan ərazisində tanınmırsa (nostrifikasiya olunmayıbsa) həmin şəxsin diplomu keçərsiz sayılır. Bu da həmin şəxsin ölkə ərazisində iş tapmasında çox böyük çətinlik yaradır.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tuturlar. Ekspert qeyd edib ki, bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər: “Həmin universitetlər və ixtisaslar Azərbaycan tərəfindən tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Şirkətlər valideyin və abituriyentə universitetin Elm və Təhsil Nazirliyi tərəfindən tanındığını göstərirlər. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Amma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil.
Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün olmalıdırlar. Əgər onlar semestr ərzində təhsil aldıqları müddət az olarlarsa, diplomlarının tanınmasından imtina olunur”.
Ekspertin sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır: “Buna səbəb isə bəzən xaricdəki təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər. Nəticə etibarilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər”.
K.Əsədov vurğulayıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər: “1.Əgər tələbə ali təhsil müəssisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin olmaq üçün Elm və Təhsil Nazirliyi tələbənin xarici pasportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib, yoxsa keçirməyib? Buna görə də tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar. 2.Təhsilin məzmunu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni abituriyentin burada hər hansı bir dil sertifikatı olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün İELTS və ya TOEFL sertifikatının olması onlara çox köməklik edəcək. 3.Ən əsas göstəricilərdən biri isə odur ki, abituriyentlərin əyani və ya qiyabi təhsil aldığı ixtisas Azərbaycanda yalnız əyani formada tədris olunursa, bu halda diplom tanınmır. Buna görə də tələbə xarici təhsil üçün seçdiyi ixtisasın Azərbaycanda hansı formalarda tədris olunduğuna diqqət etməlidir”.
Diplomların tanınması
Ekspert bildirib ki, diplomların tanınma müddəti minimum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir: “Bu prosedur uzunmüddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.
Tələbələr xaricdə qiyabi təhsil alıblarsa, xüsusilə də Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlidirlər ki, hər 2 semestr, yəni 1 il ərzində ölkədən giriş-çıxış müddəti 30 günü keçməsin.
Bu prosedur zamanı tələbələrin telefonuna mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədləriniz ali təhsil müəssisəsinə göndərildi”, “Ali təhsil müəssisəsindən sənədlərinizə cavab gəldi” və s. bu kimi mesajlar alacaqlar.
Tələbələrin təhsil aldıqları ali təhsil müəssisəsinin Agentliyinin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir. Diplomun tanınması proseduruna təqdim edilən sənədlər universitetə göndərildikdə Agentlik araşdırma edib ona uyğun olaraq müsbət və ya mənfi cavab verir. Tələbələrin Agentliyə təqdim etdiyi sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa, Agentlik onların diplomunu tanımayacaq”.
K.Əsədov bildirib ki, xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Elm və Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilib: “Yəni tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam tələbənin təhsil alacağı universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərlər. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil”.
Ekspertin fikrincə, digər önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır: “Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz.
Xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40

