İxtisas seçimində kimə güvənməli?
27.07.2022 [10:21]
DİM “ekspertlərə” inanmamağı tövsiyə edir
Günel ABBAS
Təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu işidir. Bu iş mütəxəssis hazırlığının əsasını təşkil edir. Tələbə qəbulunun xüsusi əhəmiyyət kəsb edən mərhələlərindən biri isə ixtisas seçimi məsələsidir. Təcrübə göstərir ki, bu mərhələdə abituriyentlərin məsləhət və tövsiyələrə ciddi ehtiyacları yaranır. Bunun üçün abituriyentlərin ixtisas seçimində rastlaşdıqları çətinlikləri nəzərə alaraq, hər il onlara metodiki kömək istiqamətində vəsaitlər hazırlanır, müxtəlif məzmunda və çeşiddə zəruri tədris-metodiki vəsaitlər, tövsiyə və sorğu materialları çap edilir.
Doğru ixtisas seçimi karyeranın təməlidir. Əgər gənclər özlərini yüksəklərdə görmək istəyirlərsə, sevdikləri işlə məşğul olmaqları öndə gələn faktorlardan biridir. Gənclərin gələcək mütəxəssis kimi uğurları, arzu və istəklərinin reallaşması məhz ixtisas seçimi mərhələsində kifayət qədər düşünülmüş qərar qəbul etmələrindən çox asılı olur. Onlar hərtərəfli götür-qoy edilmiş ixtisas seçimi ilə öz gələcək karyeralarının əsasını qoymuş olurlar. Ümumiyyətlə, ixtisas seçərkən “Mən nə istəyirəm?”; “Mən nəyi bacarıram?”; “Mənim seçdiyim ixtisasa tələbat nə dərəcədədir?” kimi suallara cavabı əsas götürmək lazımdır. Bu zaman uğurlu ixtisas seçiminə müsbət təsir göstərən məlumatlarla ətraflı tanış olmaq, istəyi ilə bərabər öz bilik və bacarığını, hazırlıq səviyyəsini və mövcud müsabiqə vəziyyətinin reallıqlarını düzgün qiymətləndirmək lazımdır.
Ancaq hər kəs heç də bu seçimləri özü edə bilmir. Belə olduqda təhsil sahəsində inandıqları, məsləhətlərinə güvəndikləri təhsil sahəsində peşəkarlaşmış ekspertlərə müraciət edirlər. Bəs peşəkar olduqlarını düşündükləri eskpertlər həqiqətən onlara doğru yolu göstərirmi? Bax, bunun özü də müzakirə mövzusudur.
Dövlət İmtahan Mərkəzi tərəfindən sözügedən məsələ ilə bağlı münasibət bildirib. Mərkəzdən daxil olan məlumatda deyilir ki, ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində ayrı-ayrı şəxslər özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar. Qeyd olunub ki, həmin şəxslərin istifadəçilərin suallarına verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur. Diqqətə çatdırılıb ki, abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abituriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır.
Təhsil eksperti Elçin Əfəndi “Yeni Azərbaycan”a bildirib ki, DİM-in ixtisas seçimi ilə bağlı etdiyi xəbərdarlıq yerində və düzgündür: “Bazarda o qədər dırnaqarası mütəxəssis peyda olub ki, onlar həm abituriyentləri, həm də valideynləri aldadırlar. Eyni zamanda onlara yalan vədlər verirlər. Ona görə də valideynlər bundan ehtiyat etməli, yalnız ictimaiyyət arasında nüfuzu olan və müəyyən qurumların qəbul etdiyi şəxslərə etimad göstərməlidirlər.
Burada istər valideyn, istərsə də abituriyent məlumatlı olmaya bilər, ona görə də mütəxəssislərə və məsləhət mərkəzlərinə üz tuta bilərlər. Təsəvvür edin ki, hələ ixtisas seçimi və plan yerləri barədə məlumatlar dərc edilməmiş, bəzi şəxslər ortaya çıxıb və məsləhət adı altında insanları dolandırırlar. Bu mənada DİM-in xəbərdarlığını olduqca əhəmiyyətli hesab edirəm”.
Ekspert Kamran Əsədovun sözlərinə görə, artıq qəbul imtahanlarının bir mərhələsi başa çatıb, abituriyentlər ilkin balları ilə məlumatlıdırlar: “Daha ciddi bir mərhələ bundan sonra başlayır. İmtahanda iştirak edib müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını - ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər”.
K.Əsədov abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirib: “Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti DİM tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 35 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 185 nəfər göstərib. Bu zaman həmin 185 nəfərdən ən yüksək bal toplayan 35 abituriyent bu ixtisasa qəbul edilir və 35-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”.
O qeyd edib ki, daha bir vacib məsələ odur ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları ilə də maraqlanmalıdırlar: “Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd etdiyim kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

