Nə yoğurursan, nə yapırsan, “TikTok”da milyon tapırsan
05.02.2022 [10:28]
Yeni dünyada qazanmağın ən asan və ən əyləncəli yolu
İlhamə
Əvvəllər insanlar bir-birlərinə hər hansı əşya, mal satardılar, indi virtual dünyada çoxlu izləyicisi olan səhifələr satışa çıxarılır. Çoxlu istifadəçi yığmaqla sosial şəbəkədə yaratmış olduğunuz elektron səhifəni istədiyiniz qiymətə sata bilərsiniz. Hələ bu harasıdır, səhifənin izləyici sayı çoxdursa, burda reklam yerləşdirməklə yaxşı qazanc əldə etmək olur. Bir sözlə, indi evdən bayıra ayağını atmadan, tər tökmədən, əziyyət çəkmədən bütün dünyada məşhur olmaq, həm də milyonçuya çevrilmək mümkündür. Son illərin ən populyar, qazanan və qazandıran şəbəkəsi isə “TikTok” dur.”TikTok” 2021-ci ildə ən çox daxil olunan sayt olub, Google-ni geridə qoyub. Təkcə 2021-ci ildəki qazancı isə milyard dollarla ölçülür.
2022-ci il daxil olandan “TikTok” dünya miqyasında 1,5 milyard dəfə yüklənmişdir. Bu, o deməkdir ki, dünya əhalisinin yeddidəbiri bu platformanı izləyir. İstifadəçi bazasının dünyanın 154 ölkəsinə yayıldığı bu çox populyar platformada insanlar hər gün orta hesabla 52 dəqiqə vaxt sərf edirlər. Hipnotik dərəcədə çəkici olan qısa videolara baxarkən zaman su kimi axır. Buna görə də, saatlarını burda keçirən insanlar üçün yaşam tərzinə çevrilən platforma nə üçün qazanc mənbəyi olmayaydı?
Bu gün Azərbaycanda da ən kütləvi sosial şəbəkə “TikTok”dur. Hər kəsi ən çox düşündürən suallardan biri isə budur: “TikTok”da pulu necə qazanırlar? Əvvəllər hər kəsin yüngül əyləncə məkanı hesab elədiyi bu platformadan ciddi məbləğdə pul qazanan insanlar var. Məşhur simaların bu şəbəkədən aylıq qazancı 5-10 min manat təşkil edir. Bir ay ərzində, gərgin iş saatlarından sonra əmək haqqımız orta hesabla 700-1000 manat təşkil edirsə, yüngül və çoxlu qazancın insanları niyə cəlb etdiyini anlamaq olur.
“TikTok”da canlı yayımlar zamanı pul şəklində hədiyyələr göndərilir. Hədiyyələrin ən kiçiyi güldür (0,1 qəpik), ən böyüyü isə universe hesab olunur (350 dollar). Bu qiymətlər göndərilən şəxsə çatan məbləğdir. Göndərən isə həmin hədiyyəni daha böyük məbləğə alır. “TikTok” həmin pulun 70 faizini özün götürür, 30 faizini pul kimi qarşı tərəfə verir.
Azərbaycanda həftəlik sıralamada lider olan şəxsə 1,5 milyon jeton gəlir. Bu isə 7500 dollara yaxın pul deməkdir. İlk 100 nəfərin sıralamasına baxanda görürük ki, Azərbaycanda bir həftədə 1 milyon dollardan çox pul hədiyyə kimi göndərilir. Gündə ən az 2-3 saat canlı yayım açan istifadəçi aylıq minimum 500-15000 dollar arası pul qazanır.
“TikTok”dan gəlir əldə etməyin bir neçə yolu var. Bunlardan biri də canlı yayımlardır. Yuxarıda qeyd etdiyimiz kimi, canlı yayımlar hədiyyə sistemi ilə işləyir. “TikTok” istifadəçiləri profilə daxil olduqda “pul kisəsi” bölməsinə daxil olub, “coin” adlı virtual valyutaları alırlar. 100 “coin” 1.29 dollar (təxmini 2 manat) dəyərindədir. Belə ki, platformada izlədiyiniz, bəyəndiyiniz insanlar canlı yayımda sizə təqdim etdikləri keyfiyyətli məzmuna təşəkkür olaraq, bu hədiyyələri göndərə bilərsiniz. İzlədiyiniz insanlar həmin “coin”ləri əvvəlcə “almaz”lara, daha sonra isə nəğd pula çevirə bilirlər.
Ölkəmizdə ən böyük hədiyyələri atan insanların çoxu xarici ölkələrdə yaşayan həmyerlilərimizdir. Platformanın maraqlı alqoritmi var. Əgər bizim istifadəçilərə əksəriyyəti xaricdən hədiyyə göndərirsə, bir növ ölkəyə xarici valyuta cəlbi deməkdir. Sual verə bilərsiniz, “Mən kiməsə hədiyyə göndərirəmsə, mənim xeyrim nədir”?
Əgər sən də istifadəçisənsə, göndərdiyinin müəyyən faizini platforma sənə geri göndərir, istifadəçi deyilsənsə bu real həyatda tanışlıq və görüşlər üçün zəmin yaratmaq deməkdir. Bəzilərinin isə ürəyi pul xərcləmək, başqalarına hava atmaq, populyarlıq qazanmaq istəyir və yer tapmır. Axı sosial şəbəkələr, eyni zamanda, saxta göstərişlərin və saxta xoşbəxtliyin məkanıdır.
Yüklədiyin videoya bir saata milyarda yaxın baxış gələ bilər, dostluğunda neçə adam olmasının önəmi yoxdur, əsas platformanın “kəşf et” bölməsinə düşməkdir. Lakin çoxlu sayda dost daha böyük imkan, daha asan populyarlıq deməkdir.
Ən yaxşı, ən bahalı markalar bu platformanı marketinq məqsədləri üçün istifadə edir və gəlir gətirirlər. “TikTok”a markaların marağı artdıqca, bu da yaradıcılara “TikTok”dan pul qazanmaq üçün daha böyük imkanlar yaradır. “TikTok”da məşhurlaşıb böyük markaların, brendlərin “üzünə” çevrilənlər də var, böyük- böyük dəvətlər, ciddi iş təklifləri alanlar da.
Az öncə dediyim kimi, izləyici sayı çox olan “tiktokerlər” (bu platformanın aktivistləri belə adlanırlar) aya 10000 manata qədər qazana bilirlər. Dünya şöhrətli ulduzlar isə reklam etdikləri firmalarla bağladıqları müqavilələr əsasında burdan milyonlara sahib olurlar. Əladır, nə vergisi var, nə cəriməsi.
Mütəxəssislər hesab edirlər ki, vətəni Çin olan bu sosial şəbəkə dünya üçün ən böyük təhdidlərdən biri olacaq. Çünki ABŞ-ın “Facebook”unu, “İnstagram”ını və “Youtube”ni geridə qoymağı yalnız Çin bacarardı. Nə üçün istifadə edəcək, necə təhdid olacaq, bunu da bu platformanı icad etmiş çinli beyni düşünəcək. İlkin versiya olaraq “TikTok”da müəyyən qüvvələrin asanlıqla çirkli pulları yuya bilməsi irəli sürülür.
Yeni dünya özü ilə yeni reallıqlar gətirib. Bir çox şeyləri qəbul etməsək də, onlar öz hökmlərini verə bilirlər -Virtual aləm kimi. Zəmanə adamı ola bilməyənlər bu karvandan geri qalırlar. Yaşayırsansa, deməli, zamanla ayaqlaşmağı, qoşa addımlamağı bacarmalısan. Çinli bir platforma yaradıb, bununla ölkəsinə milyardlar qazandırır. O düşünən beyindən, o texniki imkanlardan bizdə də var. Məşhur filmdə deyildiyi kimi, “niyə o əjdahadan bizdə yoxdur?”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40

