QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb
02.09.2021 [08:59]
Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.
QMİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün də həyatın bütün sahələrində, o cümlədən dini-mənəvi müstəvidə davamlı inkişaf etdiyini rəğbətlə qeyd edən QMİ sədri bu münasibətlərin dövlətlərimizin və xalqlarımızın ümumi maraqlarına və mənafelərinə cavab verdiyini xüsusi vurğulayıb. Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev və Qazaxıstanın Ümummilli Lideri Nursultan Nazarbayevin müdrik liderlikləri ilə əsası qoyulmuş müstəqil Azərbaycan-Qazaxıstan əlaqələrinin bu gün nüfuzlu dövlət xadimləri - Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səyləri ilə davam və inkişaf etdirilməsindən məmnunluğunu, bunun xalqlarımız və dövlətlərimiz üçün xeyirlərə vəsilə olduğunu bildirib.
Azərbaycanın tarixi ədaləti bərpa edərək ərazi bütövlüyünü bərpa etməsi yönündə haqlı mübarizəsində Qazaxıstanın beynəlxalq müstəvidə hüquq çərçivəsində qardaş dəstəyini yüksək qiymətləndirən şeyxülislam A.Paşazadə qazax xalqına minnətdarlığını ifadə edib. Eyni zamanda, QMİ sədri bu yaxınlarda Qazaxıstanda silah zavodunda baş vermiş partlayış zamanı həlak olanların ailələrinə, yaxınlarına, bütün qazax xalqına başsağlığı verib.
Azərbaycanı tarixi ədalətin və ölkənin ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında bərpası ilə əlaqədar təbrik edən qazaxıstanlı səfir Qarabağı ziyarətindən, bu ərazilərdə gördüklərindən təəssüratlarını şeyxülislam A.Paşazadə ilə bölüşüb, azad Qarabağda aparılan quruculuq işlərindən rəğbətlə danışıb. Qazaxıstanlı səfir ölkəsi ilə Azərbaycan arasında son dövrlərdə ticarət-iqtisadi sahədə yeni əlaqələrin qurulmasını fəxrlə vurğulayıb, yaxınlarda keçiriləcək İqtisadi Forum, iki qardaş ölkə arasında parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi, habelə mədəni-humanitar sahədə tədbirlər barədə ətraflı bəhs edib.
Səfir Serjan Abdıkarimov beynəlxalq müstəvidə, dünya miqyasında tanınmış, nüfuzlu dini lider kimi dəyərləndirdiyi şeyxülislam Allahşükür Paşazadəyə Qazaxıstanda mütəmadi keçirilən Dünya dinləri və ənənəvi dinlərin liderlərinin Qurultayının Katibliyinin 6 oktyabr tarixində keçiriləcək IX iclasına dəvət məktubunu təqdim edib. Qurultayların daimi iştirakçısı olmuş, Katibliyin üzvü olan QMİ sədri dəvəti qəbul edib və dünya miqyasında nüfuzlu şəxslərin qatılacağı toplantıda iştirak niyyətini bildirib. Dinlərarası dialoq müstəvisində qarşıdakı irimiqyaslı forum və görüşləri barədə danışan şeyxülislam A.Paşazadə həm Azərbaycan, həm də Qazaxıstanın avanqard rolunu, dinlər, sivilizasiyalararası dialoq və əməkdaşlıq müstəvisinə dövlətlərimizin qlobal səviyyədə verdiyi böyük töhfələri yüksək dəyərləndirib.
Görüş zamanı pandemiya, Orta Asiya, Cənubi Qafqaz regionlarında və dünyada baş verən mühüm hadisələr barədə fikir mübadiləsi olub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

