Aspendos antik dövrün çox zəngin şəhərlərindən biri olub
24.06.2021 [10:11]
Aspendos teatrı kiçik Asiyada romalılar tərəfindən inşa edilən ən böyük teatrlardan biridir
Türkiyənin turizm paytaxtı Antalyaya səfərimiz davam edir. Səfər çərçivəsində baş çəkdiyimiz növbəti məkan Aspendos antik şəhəri oldu. Qeyd edək ki, antik şəhərlərlə zəngin Antalyada görülməli yerlərdən biri də Aspendosdur.Antalyanın təqribən 50 kilometr şərqində yerləşən Aspendos antik şəhəri, ziyarətə gələn turistlərin diqqətini çəkən ən böyük tarixi yerlərdən biridir. Pandemiyaya qədər hər il minlərlə yerli, xarici turist Aspendosu ziyarət edirmiş.
Serik ilçəsinin 8 kilometr şərqində, Köprüçayının dağlıq bölgəsindən düzlüyə çatdığı yerdə e.ə. X əsrdə Akalar tərəfindən qurulmuş Aspendos antik dövrün çox zəngin şəhərlərindən biri olub. Şəhər biri böyük, biri kiçik iki təpə üzərinə qurulmuşdur. Coğrafiyaçı Strabon və Pamponrus Mela, şəhərin Agruslularca qurulduğunu yazırlar. Bölgəyə e.ə. 1200-cü ildən sonra Yunan köçləri olmuşdur. Halbuki, Aspendos adının mənbəyi Rumlardan əvvəlki yerli Anadolu dilidir. Əhəmiyyətli bir ticarət yolu üzərində olduğu və Köprüçay çayı ilə limana bağlandığı üçün Aspendos, hər dövrdə ələ keçirilmək istənən şəhərlər arasında yer almışdır.
Bələdçimiz Hasan Çalışkan deyir ki, Aspendosun ən əhəmiyyətli abidəsi teatrıdır. Buradakı Aspendos teatrı kiçik Asiyada Romalılar tərəfindən inşa edilən ən böyük teatrlardan biridir. II əsrdə inşa edilmiş, Roma imperatorluğunun ən böyük memarlıq əsərlərindən biri olan Aspendos teatrı Serik ilçəsinin Belkis kəndi ərazisində yerləşir.
Memarı Aspendoslu Theodorusun oğlu Zenondur. Antonius Piu zamanında inşasına başlanmış Marcus Aurelius zamanında tamamlanmışdır (138-164).
Aspendos antik teatrı ortasında yerə metal pul atıldığında üst sıralarda belə səsinin eşidildiyi dünyanın akustik olaraq ən yaxşı teatrıdır.
Onu da xüsusi olaraq vurğulayaq ki, bu binanın restavrasiya olunmasna Mustafa Kamal Atatürkün göstərişindən sonra başlanılıb. 1930-cu ildə Antalyaya səfəri çərçivəsində Aspendos antik şəhərini də ziyarət edən Mustafa Kamal Atatürk belə bir göstəriş verir: “Bu teatrı restavrasiya edin. Ancaq qapısına kilid vurmayın. Burada tədbirlər keçirin”.
Beləliklə, dahi Atatürkün həmin göstərişindən sonra qədim teatra yeni həyat verilib. Restavrasiyadan sonra yeni həyatına qədəm qoyan bu ecazkar bina hər il Aspendos Opera və Balet Festivalına ev sahibliyi edir.
Yeri gəlmişkən, turistlər daha çox teatrı görmək üçün bura gəlsələr də, digər ecazkar yerləri də səyahət edirlər. Bu sıraya Aspendosun şimalındakı akropol təpə, möhtəşəm bir qədim su kəməri və bir-birinə bağlanan iki su qülləsinin qalıqları da daxildir.
Nadir AZƏRİ
Türkiyə, Antalya
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02

