Baş infeksionist: Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır
18.06.2021 [08:54]
Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ölkəmizdə səmərəli mübarizə aparılır. Ümumiyyətlə, Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi və digər tədbirlər bu baxımdan xüsusi qeyd edilməlidir. Bir sözlə, dövlətimiz vətəndaşların sağlamlığını və təhlükəsizliyini əsas götürərək bütün mümkün addımları atır. Bu ilin əvvəlindən isə ölkəmizdə kütləvi vaksinasiya prosesinin həyata keçirilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Həmin addımların nəticəsidir ki, bu gün Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Yeri gəlmişkən indiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb. 1,7 milyon vətəndaş isə yalnız birinci dozanı vurdurub. Bu göstəriciyə görə, MDB ölkələri arasında liderlər sırasında yer alırıq.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, hazırda ölkədə COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır: “Dünyanın müxtəlif ölkələrində yoluxma statistikasına nəzər salsaq, görərik ki, Azərbaycanda yoluxma sayının 100 civarında olması, bəzən isə ikirəqəmli ədədlərə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah iki həftə əvvəl bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar verdi. Proses belə davam etsə, digər məhdudiyyətlər də yumşaldılacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik”.
Onun sözlərinə görə, kütləvi immunitetin formalaşması üçün əhalinin təxminən üçdə ikisi peyvənd olunmalıdır: “Daha doğrusu, kütləvi immunitet qazananların ümumi sayına təkcə peyvənd olunanların deyil, xəstəliyi keçirib təbii immunitet əldə edənlərin də sayı əlavə olunmalıdır. Məlum olduğu kimi, payız-qış aylarına doğru belə infeksiyalara yoluxmada müəyyən qədər artım müşahidə olunur. Eyni zamanda, o vaxta qədər peyvənd olunanların sayı daha da artacaq və bundan sonra mövcud vəziyyətə uyğun qərar veriləcək. Təbii ki, COVID-19 bir müddət bizimlə yaşayacaq və aramızda olacaq. Hələlik tibbi maskalardan qapalı məkanlarda istifadə edilməsi qaydası qüvvədə qalır. Yəqin ki, gələn ildən başlayaraq pandemiyanın gedişində əsaslı dönüş olacaq və infeksiya ayrı-ayrı bölgələrdə lokal şəkildə cərəyan edəcək. Ona görə də, qaydalara əməl olunmalı, peyvəndləmədə aktiv iştirak edilməlidir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

