DQİDK yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib
31.03.2021 [08:57]
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitə yanında İctimai Şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sədr Mübariz Qurbanlı DQİDK yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin ölkəmizdə ictimai iştirakçılığa və ictimai nəzarətə xüsusi diqqət göstərməsini qeyd edərək dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi ilə bağlı qarşıya yeni vəzifələr qoyulduğunu bildirib. Mübariz Qurbanlı Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun vətəndaş cəmiyyətləri institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb. O, İctimai Şuranın əvvəlki tərkibi kimi, yeni tərkibinin də Azərbaycanın dövlət-din modelinin təşviqi, eləcə də ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin, erməni vandalizminə məruz qalmış tarix, mədəniyyət və dini abidələr barədə faktların daha geniş şəkildə beynəlxalq ictimaiyyətə təbliği istiqamətində, eyni zamanda, dindən sui-istifadə hallarına qarşı maarifləndirmə prosesində sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstərəcəyinə, sözügedən istiqamətdə daim aktiv olacağına, rəy və təkliflərlə çıxış edəcəyinə əminliyini ifadə edib.
Daha sonra İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sədr, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov sədr müavini, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri Nüşabə Məmmədova isə katib seçilib.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni dövlət qurumları yanında İctimai Şuraların yaradılmasının önəminə toxunaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində atdığı addımları yüksək qiymətləndirib.
“Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Dövlət Komitəsi tərəfindən cəmiyyətin maarifləndirilməsi yönündə aparılan işlərin önəmini qeyd edərək İctimai Şuranın bu tədbirlərdə yaxından iştirak edəcəyini bildiriblər.
Sonda çıxış edən “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə göstərilən etimada görə Şura üzvlərinə təşəkkürünü bildirərək İctimai Şuranın öz vəzifələrini uğurla yerinə yetirəcəyini, dini və mənəvi dəyərlərin təbliği və qorunub saxlanılmasına töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

