Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi başlayıb
19.01.2021 [09:26]
Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavinləri Viktor Qasımov, Elsevər Ağayev, nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva peyvənd olunublar.
Daha sonra O.Şirəliyev jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır: “Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alıb. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib. Peyvəndin mənfi təsirləri olmayıb. Digər məsələ həmin vaksinin effektivliyidir. Bununla bağlı müxtəlif ölkələrdən fərqli nəticələr əldə olunub. Lakin həmin vaksin çox effektlidir. Vaksin vurduran insanların müəyyən hissəsi xəstələnə bilər, lakin onlar bu xəstəliyi çox yüngül keçirdirlər. Bunların hamısı nəzərə alınaraq “CoronoVAC” vaksini seçildi. Həmin peyvənd artıq Azərbaycandadır və bu gündən ölkəmizdə vaksinasiya kampaniyasına başlanılıb”.
Z.Əliyev bildirib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının peyvənd edilməsi nəzərdə tutulur. “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik və COVID-19 pandemiyasına son qoyan ilk ölkələrdən biri olacağıq”, - deyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri bildirib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

