/ / Yaponiya Hökuməti Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayırıb
Yaponiya Hökuməti Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayırıb
06.11.2020 [09:35]
Noyabrın 5-də “Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı” çərçivəsində tibbi avadanlıqların təchiz edilməsi üçün Yaponiya Hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib. Sənədləri Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Azərbaycana ayırdığı qrant yardımının məbləği 2 milyona yaxın ABŞ dolları həcmindədir. Qrant yardımın ayrılmasında məqsəd tibb müəssisələrini tibbi avadanlıqlarla təmin etməklə yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və səhiyyə sisteminə lazımi dəstək göstərməkdən ibarətdir.
Tədbirdə səfirliyin birinci katibi Honda Şiniçi, agentliyin İdarə Heyətinin sədrinin müavini Nigar Bayramova, Səhiyyə Nazirliyi, Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaur Əliyev iştirakçıları Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırıb. O bildirib ki, hazırda Azərbaycan iki cəbhədə mübarizə aparır: “Pandemiya ilə yanaşı, ölkəmiz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlara qarşı cavab olaraq lazımi addımlar atır”. Agentliyin İdarə Heyətinin sədri Yaponiya tərəfindən ölkəmizə və səhiyyəmizə göstərilən dəstəyi yüksək qiymətləndirib: “Qrant yardım Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və yeni tibbi texnologiyaların tətbiqi vasitəsilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da artırılmasına imkan yaradacaq”.
Səfir Vada Cüniçi öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib. Səfirin sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin birliyi vacibdir: “Bu səbəbdən Yaponiya Hökuməti tərəfindən Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayrılıb. Bu yardım vasitəsilə Azərbaycana kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinə kimi tibbi avadanlıqların verilməsi nəzərdə tutulur”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16

