/ / Mithat Aydın: Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür
Mithat Aydın: Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür
28.10.2020 [19:02]
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığımız Vətən müharibəsi davam edir. Ötən müddət ərzində bir sıra ölkələr haqq işimizi müdafiə edib, o cümlədən başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyənin bütün dövlət rəsmiləri və dövlət qurumları, siyasətçiləri ölkəmizə dəstəklərini bəyan ediblər.
Onu da qeyd edək ki, Türkiyənin qeyri-hökumət təşkilatları sentyabrın 27-də hərbi əməliyyatlar başladığı andan etibarən Azərbaycana tibbi və ərzaq yardımları göstərməkdədirlər. Bu sırada Türkiyə Türk Ocaqları da öz fəallığı ilə seçilir.
Məlumat üçün bildirək ki, oktyabrın 5-də Türkiyə Türk Ocaqlarının sədri, professor Mehmet Öz və Ocağın nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində olub. Görüşdə Azərbaycanın haqq davasında Türk Ocaqlarının ölkəmizə hər sahədə dəstəyini davam etdirəcəyi vurğulanıb.
Eyni zamanda, Türk Ocaqları Genel Mərkəzi tərəfindən Azərbaycanda müharibədən zərər çəkənlərə ərzaq və geyim yardımı edilməsi üçün kampaniyaya başlanıb. Azərbaycan Türk Ocağının müraciəti əsasında başlanan kampaniya Türkiyənin bütün şəhərlərində, o cümlədən Dənizli şəhərində də uğurla davam edir. Bu barədə Pamukkale Universitetinin müəllimi, prof.dr Mithat Aydın məlumat verib: "Genel Mərkəzimizin qərarına əsasən Türk Ocaqları Dənizli şöbəsi olaraq biz də bu kampaniyada fəal şəkildə iştirak edirik. Hazırda öz torpaqlarının Ermənistan işğalından azad edilməsi üçün haqq savaşı aparan can Azərbaycandakı bacı və qardaşlarımız bilsinlər ki, hər zaman onların yanındayıq". Mithat Aydın bildirib ki, Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür: "Azərbaycan Ordusunun qazandığı hər bir qələbə bizi inanılmaz xoşbəxt edir. İnşallah, şanlı Azərbaycan Ordusunun son və həlledici qələbə qazanacağı gün uzaqda deyil".
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

