Hər kəs koronavirusla mübarizədə aktiv olmalıdır
23.10.2020 [08:48]
Ekspertlərin fikrincə, vətəndaşların qaydalara tam əməl etməsi yoluxma sayındakı artımın qarşısını ala bilər
Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar dünya ölkələrində vəziyyət yenidən pisləşib, bəzi ölkələrdə epidemioloji durum nəzarətdən çıxıb. Qeyd edilməlidir ki, son günlər Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Vəziyyətin dəyişməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli qərarları ilə ölkə ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək bütün təhsil müəssisələrində tədris, habelə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Vurğulanmalıdır ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin dəyişməsi bir səbəbi də vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına yetərincə riayət olunmaması, maskadan istifadə edilməməsi və sosial məsafənin saxlanılmamasıdır. Bu faktorlar əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinə və xəstəliyin sürətlə yayılmasına gətirib çıxarıb. Vəziyyətin yenidən stabilləşməsi üçün hər kəs xüsusi karantin rejiminin qaydalarına əməl etməli, dövlətin sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsi istiqamətində ardıcıl tədbirlərinə dəstək verməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, son günlər koronavirusa yoluxma statistikasında yenidən kəskin artım müşahidə olunur. Ötən günlər ərzində virusa yeni yoluxanların sayında kəskin artımın olduğunu diqqətə çatdıran millət vəkili deyib ki, ölkə üzrə aktiv xəstə sayı oktyabr ayının əvvəlləri ilə müqayisədə təxminən üç dəfəyədək artıb. Onun sözlərinə görə, yoluxma sayının artımı istisna edilmir. Deputat bildirib ki, hazırkı vəziyyətdə koronavirusla mübarizədə tibb işçilərimizi məşğul etməyə haqqımız yoxdur: “Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, Vətəni üçün, Ordusu üçün “COVID -19”a hamılıqla “yox” deməlidir! Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi “COVID-19” mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü, ruhunu öz əsgərinə, öz ordusuna, öz haqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək! Gəlin Ali Baş Komandan və hökumət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq!”
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, pulmonoloq Gülzar Əliyeva da ölkəmizdə son günlər koronavirusla bağlı yoluxma statistikasında dalğavarı dəyişmənin virusun hələ də aktiv, patogen, insanları yoluxdurmaqda davam etməkdə olmasına dəlalət etdiyini deyib. Onun sözlərinə görə, vətəndaşlar bugünkü günlərdə daha diqqətli olmalıdırlar. G.Əliyeva qeyd edib ki, yoluxma faktı həm də insanların klinikaya hansı zaman müraciət etməsindən, analizlərin götürülmə vaxtından asılıdır. Həkim vurğulayıb ki, son günlərdə yoluxma sayında müşahidə olunan artım ölkəmizin əhalisi üçün böyük rəqəm sayıla bilər: “Əgər dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməsəydi, bu rəqəm daha da çox ola bilərdi. Hazırda təkcə bizim ölkəmizdə deyil, bütün dünyada virusa yoluxma sayında artım müşahidə olunur. Təbii ki, burada ən əsas element qoyulan qaydalara riayət olunmasındadır. Bəzi insanlar özlərinə diqqətlidirlər, qoyulan qaydalara əməl edirlər. Qaydalar da çox sadədir: əllərin gigiyenası, maska taxmaq, havada olmaq, sosial məsafə saxlamaq və sair. Təəssüf ki, bəzi vətəndaşlarımızın bu sadə qaydalara riayət etməməsi, buna inamsız yanaşmaları yoluxma sayının artımına yol açır. Hər kəs qadağalara riayət etməli, qapalı məkanlarda toplaşmaqdan çəkinməli, zəruri olmadığı halda evdə qalmağa üstünlük verməlidir. Əks halda daha çox yoluxma olur”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

