/ / Nərgiz Eyvazova: Xalqımız əmindir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı tezliklə azad edəcək
Nərgiz Eyvazova: Xalqımız əmindir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı tezliklə azad edəcək
07.10.2020 [08:45]
“Bu gün xalqımız torpaqlarımızın işğaldan azad olunması sevincini yaşayır. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək düşməni torpaqlarımızdan qovur”. Bu fikirləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova deyib.
Nərgiz Eyvazova bildirib ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının yarandığı vaxtdan əsas fəaliyyət istiqamətlərindən biri Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması olub. Onun sözlərinə görə, bu məqsədlə xarici ölkələrə dəfələrlə səfərlər edilib, tədbirlər təşkil olunub və layihələr həyata keçirilib: “Koronavirus pandemiyasına görə 2020-ci ili bir çox ölkələr uğursuz il kimi təqdim edir. Məncə, 2020-ci il Azərbaycan tarixinə şərəfli il kimi yazılacaq. Bu uğuru da Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində yaşayırıq. Dağlıq Qarabağ problemi ilə bağlı dövlətimizin başçısı müxtəlif beynəlxalq tribunalardan həqiqətləri deyirdi və bəyan edirdi ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır. Əks halda, xalqımızın səbri daşacaq və biz torpaqlarımızı öz gücümüzlə azad edəcəyik. Cənab Prezident sözünün üstündə dayandı və xalqın Ona olan etimadını əməldə sübut etdi”.
QHT rəhbərinin sözlərinə görə, xalqımız əmindir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı tezliklə azad edəcək: “Biz bunu əyani şəkildə görürük. Xaricdə yaşayan dostlarımız var, onlar Müdafiə Nazirliyinin videolarına baxıb təəccüblərini gizlətmirlər ki, bizim nə qədər güclü modern ordumuz var. Əvvəllər hamının gözündə Qarabağ nisgilini görürdüksə, indi isə əksinə qələbə sevincləri görürük. Biz bunu bacardıq, dünyaya sübut etdik ki, doğma torpaqlarımızı özümüzə qaytara bilirik. Müdafiə Nazirliyi bəyan edib ki, ordumuzun təminatı yüksək səviyyədədir, heç bir yardıma ehtiyac yoxdur. Amma insanlar nəsə kömək etmək istəyir. Çünki oğullarımız sinəsini düşmən qarşısında sipər edib. Son günlər işğalçı ermənilər öz xislətini göstərirlər. Cəbhə bölgəsindən uzaq olan şəhərlərimizi, kəndlərimizi atəşə tuturlar. Ermənistan başa düşür ki, onlar üçün işğalçılığın, separatizmin sonudur. İndi ermənilər qadınları, qocaları cəbhəyə göndərirlər. Artıq bütün dünya bizim psixoloji üstünlüyümüzü də görür”.
“Vətəndaş cəmiyyəti olaraq Prezidentimizə böyük minnətdarlığımızı bildiririk. Çünki məhz Onun əzmi Azərbaycan xalqının gücünü, qüdrətini bütün dünyaya göstərmiş oldu. Bu gün QHT olaraq biz də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Əsas mübarizəmiz isə informasiya cəbhəsində gedir”, - deyə təşkilat sədri vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

