Azərbaycan Ağsaqqallar Şurasının VIII qurultayı keçirilib
30.09.2020 [08:53]
Ağsaqqallar Prezident İlham Əliyevin dövlətçiliyimizin qüdrətlənməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı məqsədyönlü siyasəti hər zaman dəstəkləyirlər
Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) videokonfrans formatında növbədənkənar VIII qurultayı keçirilib. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qurultayı açaraq, cəbhə bölgəsində sentyabrın 27-dən başlayan erməni təxribatından danışıb. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin, o cümlədən ağsaqqalların əsgərlərimizin yanında olduğunu bildirib.
Şuranın ötən qurultaydan sonra vəfat etmiş sədri Fəttah Heydərovun, eləcə də dünyasını dəyişmiş digər şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəliyə uyğun olaraq, əvvəlcə AAŞ-ın yeni redaksiyada işlənmiş nizamnaməsi səsə qoyularaq təsdiqlənib.
Sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına dövlət başçısı İlham Əliyevin təbrikini çatdırıb.
Ədalət Vəliyev Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatdan danışıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.
“Prezident İlham Əliyevin ağsaqqallarımızdan gözləntisi hər zaman xalqın arasında, haqqın yanında olmaları, milli birliyə xidmət etmələri, xalqımızı qələbəyə ruhlandırmalarıdır”, - deyən Ədalət Vəliyev ağsaqqalların gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etmələrinin əhəmiyyətini vurğulayıb. “Prezidentin ağsaqqallardan digər gözləntiləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini gələcək nəsillərə çatdırmaqdır. İnanırıq ki, Ağsaqqallar Şurası bu istiqamətdə səylərini daha da artıracaq”, - deyə şöbə müdiri qeyd edib.
Milli Məclisin deputatı, professor Eldar Quliyevin böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olduğu vurğulanıb və Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə onun namizədliyi irəli sürülüb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərin davamlı olmasını arzulayıb, Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyib. Allahşükür Paşazadə Şuşa məscidindən azan səsinin eşidiləcəyi günü səbirsizliklə gözlədiyini vurğulayıb.
O, E.Quliyevin cəmiyyətdə böyük nüfuza malik olduğunu vurğulayaraq, qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəyinə əminliyini bildirib.
Milli Məclisin deputatları Eldar İbrahimov, Ziyad Səmədzadə və Əhliman Əmiraslanov çıxışlarında ağsaqqallarımızın cəmiyyətdəki rolundan danışıb, AAŞ sədri vəzifəsinə E.Quliyevin namizədliyini dəstəkləyiblər.
Sonra Eldar Quliyevin AAŞ sədri vəzifəsinə təsdiqlənməsi təklifi səsə qoyulub və qəbul olunub.
Ağsaqqallar Şurasının yeni sədri çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını bu gün Prezident İlham Əliyev davam etdirir. Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının günbəgün yaxşılaşdığını vurğulayan AAŞ sədri deyib ki, ağsaqqallar Prezident İlham Əliyevin dövlətçiliyimizin qüdrətlənməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı məqsədyönlü siyasəti hər zaman dəstəkləyirlər.
Eldar Quliyev son günlər cəbhədə baş verən hadisələrə də toxunub, erməni təxribatını pisləyərək Azərbaycan əsgərinin Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə layiqli cavab verdiyini deyib, tezliklə qələbə xəbərini eşidəcəyimizə əminliyini ifadə edib. O, AAŞ-ın sədri kimi fəaliyyəti dövründə gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində addımlar atılacağını, ağsaqqalların bölgələrə səfərlərinin təşkil olunacağını, hərbi hissələrdə müntəzəm görüşlər keçiriləcəyini bildirib.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının İdarə heyətinin üzvləri seçilib və gündəlikdəki digər məsələlərə baxılıb.
Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23

