Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
24.09.2020 [08:58]
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi, nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir. Tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi məqsədilə ölkəmizin aparıcı elmi və təhsil, eləcə də bu sahədə uğurlu təcrübəsi olan ölkələrin müvafiq elmi qurumları, tədris müəssisələri, hüquq-mühafizə orqanları akademiyaları ilə birgə tədqiqatların aparılması, dinləyici və təlimçilərin mübadiləsi, mütəxəssis hazırlığı və digər sahələrdə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün əməli addımlar atılır.
Prokurorluğun fəaliyyət istiqamətləri, o cümlədən ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasının, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarını müəyyən etməklə Konstitusiya və “Prokurorluq haqqında” Qanun ilə prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki kömək göstərilməsi məqsədilə həmin Qanunun 40-cı maddəsinə əsasən, Baş Prokuror yanında məşvərətçi orqan kimi Elmi-Məsləhət Şurası yaradılıb.
Elmi-Məsləhət Şurasının fəaliyyətinin təmin olunması üçün Baş Prokurorluq üzrə 2020-ci il 18 sentyabr tarixli əmrlə Şuranın 32 nəfərdən ibarət tərkibi təsdiqlənib. Şura üzvlüyünə prokurorluq əməkdaşları və prokurorluğun veteranları ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq kafedrasının, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidmətinin akademiyalarının nümayəndələri daxil olmaqla, elmi dərəcəsi, nüfuzlu beynəlxalq nəşrlərdə məqalə və kitabların müəllifi olan yüksək ixtisaslı və təcrübəli 14 hüquqşünas daxil edilib.
Vurğulanıb ki, Elmi-Məsləhət Şurasının üzvlüyündə ümumilikdə 6 hüquq üzrə fəlsəfə doktoru və 5 hüquq elmləri doktoru təmsil olunublar.
Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının ilk iclası keçirilərək, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri müəyyənləşdirilib, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Prezident yanında İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası və Naxçıvan Dövlət Universiteti ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair təkliflərin müzakirəsi aparılıb.
Tədbirdə, həmçinin Şuranın üzvləri ilə faydalı fikir mübadiləsi aparılıb, nəzəriyyə və praktikanın əlaqələndirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
Bundan əlavə tədbirdə, “Maddi sübutların götürülməsi və qablaşdırılması taktikası, götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair müstəntiqin məlumat kitabçası”nın, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə istintaq edilən işlərin istintaq taktikasına dair” və “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair” metodiki vəsaitlərin təqdimatı həyata keçirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34

