Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılan vəsaitdən səmərəli istifadə edilir
24.09.2020 [08:47]
COVAX platforması çərçivəsində COVID-19-a qarşı ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq ölkəmizə gətirilməsinin maliyyə xərcləri də Fond tərəfindən ödəniləcək
Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizəni ardıcıl şəkildə davam etdirir. Ölkəmizdə təhlükəli pandemiya ilə mübarizədə əhalinin sağlamlığının və həyatının qorunması əsas prioritet kimi müəyyənləşdirilib. Bu məqsədlə respublikamızın 40-dan çox ən yaxşı səhiyyə müəssisəsi koronavirus xəstələrinin müayinə və müalicəsinə cəlb olunub, paytaxt Bakıda və bölgələrdə yeni modul tipli xəstəxanalar inşa olunaraq istifadəyə verilib. Ölkə ərazisində virusa yoluxanların erkən mərhələdə və dəqiq diaqnostik dəyərləndirilmələri üçün müasir laboratoriyalar quraşdırılıb. Hazırda Azərbaycan dünyada əhali sayına görə ən çox test aparan ölkələr sırasında yer alır. Ölkəmizdə qısa müddətdə tibbi maska, dezinfeksiyaedici vasitələr və xüsusi geyimlərin istehsalının qaydaya salınması da böyük uğurdur.
Deyilənlərdən də göründüyü kimi, respublikamızda əhalinin sağlamlığının qorunması üçün bütün mümkün vasitələrdən istifadə olunur. Qeyd edək ki, Azərbaycanda pandemiya ilə mübarizənin səmərəliliyini artırmaq üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə böyük həcmlərdə maliyyə vəsaiti ayrılıb.
ÜST-ə üzv olan digər ölkələrlə yanaşı, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq
Azərbaycan dövləti ölkə daxilində koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məqsədyönlü və ardıcıl sanitar-epidemioloji tədbirlərin görülməsi ilə yanaşı, beynəlxalq həmrəyliyin gücləndirilməsini və dövlətlərin bu qlobal bəlaya qarşı bir araya gələrək səylərinin səfərbər olunmasınıda təşviq edir. Vurğulamaq yerinə düşər ki, respublikamız indiyədək Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) on milyon dollar həcmində könüllü ianə verib, həmçinin 30-dan çox ölkəyə dəstək göstərib.
Azərbaycan, həmçinin təhlükəli virusa qarşı təsdiq olunmuş peyvəndin ölkəmizə gətirilməsi istiqamətində müvafiq beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Məlum olduğu kimi, hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan tələbatın həcmi onların istehsal potensialından çoxdur. Buna görə də növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli, bərabər əlçatanlılıq imkanı yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVAX platforması yaradılıb. Sentyabrın 18-də Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda ÜST-ə üzv olan başqa ölkələrlə bərabər, Azərbaycan da qurum tərəfindəntəsdiqlənmiş peyvəndlə təmin olunacaq.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin idarə olunmasında şəffaflıq prinsipinə yüksək səviyyədə əməl olunur
Respublikamızda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri müxtəlif istiqamətləri əhatə edir və kompleks səciyyə daşıyır. Məlum olduğu kimi, ölkəmizdə COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixliFərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir. Baş Nazirin imzaladığı 2020-ci il 11 aprel tarixli qərarla Fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası yaradılıb.
Beləliklə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin idarə olunmasında şəffaflıq prinsipinə yüksək səviyyədə əməl olunur və ictimai nəzarət təmin edilir. Yuxarıda bəhs olunan sazişin icrasından irəli gələn məsələlərin, yəni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri də Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək. Xatırladaq ki, indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb. Şəffaflığın yüksək səviyyədə təmin edilməsi məqsədilə quruma köçürülən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxslər barədə müvafiq məlumatlar Fondun rəsmi internet səhifəsində yerləşdirilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

