Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
23.09.2020 [09:22]
Sentyabrın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Rzayev həmkarlarını yeni sessiyanın başlanması münasibətilə təbrik edib, onlara payız sessiyasında uğurlar arzulayıb.
T.Rzayev 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib. O, ötən dövrdə komitənin gərgin işlədiyini diqqətə çatdırıb. Bildirib ki, bu müddətdə 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub. Ötən müddətdə komitədə “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ovçuluq haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” qanunlarda, Torpaq Məcəlləsində, İnzibati Xətalar və Mülki məcəllələrdə dəyişiklik olunması barədə sənədlərə baxılaraq, Milli Məclisin plenar iclasına tövsiyə edilib. Həmin qanun layihələrinin əksəriyyəti qəbul olunub.
Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, bəziləri müvafiq qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif səpkili çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə seçicilərini vaxtaşırı məlumatlandırıblar.
Hesabat məqbul hesab edilib.
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Respublika Ali Məhkəməsinin, Baş prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi barədə məsələlər daxildir.
Deputatlar Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev müzakirə ediləcək sənədlərlə bağlı fikirlərini açıqlayıb, təkliflərini bildiriblər. İclasın sonunda iş planı təsdiq edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

