Gəncədə yeni inşa olunmuş 28 saylı məktəbin binası istifadəyə verilib
16.09.2020 [09:40]
2020-2021-ci tədris ilində Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Azərbaycan Bayrağı küçəsində salınan yaşayış kompleksində inşa edilmiş 28 saylı tam orta məktəbin binasının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya şəraitində karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində Təhsil naziri Emin Əmrullayev, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə binanın girişində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoguşə ilə tanış olublar.
Məktəbin direktoru Esmira Qaraxanova bildirib ki, 28 saylı tam orta məktəbin ümumi ərazisi 6,23 hektardır. 1170 şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 840 nəfər şagird təhsil alır. Məktəb binası 4 mərtəbədən, 5 korpusdan, 56 sinif otağından (1 ədəd məktəbəqədər, 15 ədəd ibtidai, 29 adi sinif otağı) ibarətdir.
Qeyd edilib ki, məktəbdə kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, informatika, əmək və hərbi kabinetlər yaradılıb. Məktəb üçün, həmçinin 136 yerlik yeməkxana, 387 yerlik akt zalı, 540 kvadratmetrlik idman zalı ən müasir tələblər səviyyəsində qurulub.
Müasir təhsil standartlarının yaradıldığı yeni məktəb binasının və buradakı mövcud maddi-texniki bazanın gələcəkdə şagirdlərin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini deyən Esmira Qaraxanova məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Təhsil naziri Emin Əmrullayev 15 sentyabr - Bilik Günü və 28 saylı tam orta məktəb üçün tikilmiş yeni binanın açılışı münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

