/ / Bəzi ölkələrdə yoluxma sayının kəskin artması payızda pandemiyanın aktivləşəcəyi ilə bağlı ehtimalları təsdiqləyir
Bəzi ölkələrdə yoluxma sayının kəskin artması payızda pandemiyanın aktivləşəcəyi ilə bağlı ehtimalları təsdiqləyir
12.09.2020 [00:14]
Ekspertlərin fikrincə, COVID-19-a qarşı peyvənd Azərbaycanda tətbiq edilənədək vətəndaşlarımız həm özlərinin, həm də cəmiyyətin sağlamlığına məsuliyyətlə yanaşmalıdırlar
Məlum olduğu kimi, dünya ölkələrində yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə davam edir. Təəssüf ki, payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar da təsdiqlənir. Belə ki, bir çox ölkədə sentyabr ayının əvvəlindən xəstə sayında kəskin artım qeydə alınıb. Ümumiyyətlə, dünyada koronavirusa yoluxanların sayı 28 milyona yaxınlaşır. Onlardan 905 minə yaxını vəfat edib, 19 milyonu isə sağalıb. Yoluxma sayına görə birinci yerdə olan ABŞ-da 6 milyon 360 min nəfərdə koronavirus aşkarlanıb. İkinci yerdə Hindistan, üçüncü yerdə Braziliya, dördüncü yerdə Rusiya, beşinci yerdə isə Peru gəlir.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, habelə vətəndaşların mövcud qaydalara əməl etmələri nəticəsində müsbət nəticələr əldə edilib. Lakin payız mövsümünün başlanması və xarici ölkələrdə yoluxma sayınının artması nöqteyi-nəzərindən çıxış edən ekspertlərin fikrincə, xüsusi karantin rejimində vətəndaşlarımız həm özlərinin, həm də cəmiyyətin sağlamlığına daha məsuliyyətlə yanaşmalıdırlar.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Kamilə Əliyeva deyib ki, xarici ölkələrdə yoluxma sayının artması payızda dünya miqyasında koronavirus pandemiyasının yeni dalğasının baş verəcəyi yönündə proqnozları təsdiqləyir: “Yay aylarında yoluxma səviyyəsində azalma müşahidə edilən ölkələrdə belə sentyabr ayından başlayaraq xəstə sayından kəskin artım qeydə alınması dünya üzrə vəziyyətin ürəkaçan olmadığına işarə edir”.
K.Əliyevanın sözlərinə görə, indiyədək Cənubi Qafqazın ən az yoluxma qeydə alınan ölkəsi Gürcüstanda sentyabrın girişi ilə vəziyyətin gərginləşməsi, digər qonşu ölkələrdə yoluxma sayının artması payızda pandemiyanın daha aktivləşəcəyindən xəbər verir: “Gürcüstanda vəziyyətin nəzarətdən çıxa biləcəyindən ehtiyatlanan hökumət, hətta açıq məkanlarda da kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyub. Yoluxma sayının çox olduğu Batumi və Kabuletidə isə orta məktəbdə dərslər yalnız onlayn qaydada keçiriləcək. İctimai nəqliyyatda və qapalı məkanlarda maskalardan istifadəyə nəzarət də sərtləşdirilir. Digər qonşumuz Türkiyədə də yoluxma və ölüm hallarının artıması yenidən məhdudiyyətlərin tətbiqinə səbəb olub. Avropada da oxşar vəziyyətdir. Böyük Britaniyada gündəlik yoluxma sayı ötən ayla müqayisədə dəfələrlə artıb. İtaliya hökumətinin qərarına görə, orta məktəblərdə uşaqların maskadan istifadəsi məcburi olacaq”.
Deputat onu da əlavə edib ki, dünya ölkələrində koronavirusla bağlı son vəziyyət onu deməyə əsas verir ki, koronavirus pandemiyasının ikinci dalğasının ölkəmizdə də baş verməməsi üçün xəstəliklə mübarizə sahəsində tətbiq edilən qaydalara ciddi əməl olunması zəruridir.
“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva isə bildirib ki, indiyədək Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində vaxtında və düzgün addımların atılması öz müsbət nəticələrini verib. P.Vəliyevanın sözlərinə görə, pandemiya və epidemiyaların qarşısının alınmasında karantin rejiminin tətbiq edilməsi çox vacib tədbirdir: “Eyni zamanda, ölkəmizdə qapalı məkanlarda məcburi olaraq tətbiq edilən tibbi maskadan istifadə, eləcə də gigiyena qaydalarına əməl edilməsi nəinki koronavirusa yoluxma hallarının, habelə hava-damcı yolu ilə ötürülən digər infeksion xəstəliklərin sayında azalmanın müşahidə edilməsinə təsir göstərib”.
Pandemiya ilə mübarizədə əldə edilən müsbət dinamikanın qorunub saxlanması zəruriliyini qeyd edən ekspert deyib ki, Azərbaycanda bu xəstəliyin peyvəndi tətbiq edilənə qədər vətəndaşlarımız məsuliyyətli olmalıdırlar: “Qarşıdan payış və qış ayları gəlir. Bu baxımdan, insanların yenə də profilaktik qaydalara ciddi şəkildə əməl etməsi çox vacibdir. Tövsiyə edərdim ki, vətəndaşlar insanların sıx olduğu yerlərə getməkdən imtina etsinlər, immuniteti artıran qidalar qəbul edib, fiziki fəallığı artırsınlar. Ən əsası da, COVID-19-a qarşı sübut olunmuş peyvənd ölkəmizdə tətbiq edilənədək vətəndaşlarımız həm özlərinin, həm də cəmiyyətin sağlamlığına məsuliyyətlə yanaşmalıdırlar”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxMüsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16

