/ / Dövlət idarəçiliyinin optimallaşdırılması və səmərəliliyinin artırılması ölkəmizdə həyata keçirilən islahatlar kursunun mühüm tərkib hissəsidir
Dövlət idarəçiliyinin optimallaşdırılması və səmərəliliyinin artırılması ölkəmizdə həyata keçirilən islahatlar kursunun mühüm tərkib hissəsidir
08.09.2020 [09:51]
Ekspertlərin fikrincə, Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi, vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır
Son illərdə ölkəmizdə aparılan köklü islahatlar çoxşaxəli olmaqla istər iqtisadi, istər siyasi, istərsə də yerli özünü idarəetmə sistemində mühüm yeniliklərə yol açıb. Vurğulanmalıdır ki, bu yeniliklər vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Bütün bunlar isə onu göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.
Yeri gəlmişkən, Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs də ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır. Bu təşəbbüsdə nəzərdə tutulan dəyişiklərin vətəndaşların müraciətlərinə baxılma mexanizmində yeniliklərə yol açacağı şübhəsizdir. Bununla yanaşı, bu təşəbbüs nəticəsində büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb: “Hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri müsbət nəticələrini verir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə, yeni idarəetmə fəlsəfəsi əhali tərəfindən təqdir olunur. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək”.
Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüsün əhəmiyyətindən danışan millət vəkili əlavə edib ki, əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi idarəçiliyin bir mərkəzdən həyata keçirilməsinin daha səmərəli və optimal mexanizm olduğunu göstərir.
Millət vəkili onu da vurğulayıb ki, bunun nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemində çoxpilləlilik, paralellik, bürokratiya kimi hallar aradan qaldırılacaq: “Eyni zamanda, əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq, böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq”.
Milli Məclisin deputatı Azər Badamov da ölkəmizdə həyata keçirilən islahatların idarəetmənin təkmilləşdirilməsi, vətəndaşlara daha operativ və keyfiyyətli xidmətin göstərilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, ötən dövrdə bir sıra xidmətlərin yeni keyfiyyətdə təqdimatı vətəndaşlar tərəfindən təqdir olunur. “ASAN xidmət”, DOST kimi layihələrin idarəetmədə tam şəffaflığa nail olunması üçün mühüm addım sayan A.Badamov belə islahatların davamlı olmasının vacibliyini dilə gətirib: “Bu gün yerli icra strukturlarında vətəndaşlarla münasibətlərdə yeni bir mərhələyə qədəm qoyulub. Artıq vətəndaşların müraciətləri daha çevik şəkildə öz həllini tapır və bu da məmnunluq yaradır. Fikrimcə, Gəncə şəhərinin Kəpəz və Nizami rayonları inzibati ərazi bölgüsünün ləğvi ilə bağlı təşəbbüs də idarəetmədə yeni keyfiyyət dəyişikiliyinə yol açacaq. Bununla yanaşı, bu addım həm də dövlət büdcəsində qənaət baxımından önəmlidir”, - deyən millət vəkili islahat xarakterli addımların davamlı xarakter daşımasının ölkəmizin tərəqqisinə xidmət etdiyini bildirib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

