Azərbaycan gəncləri hərbi vətənpərvərlik ruhunda yetişir
08.09.2020 [09:39]
Ekspertlər hesab edirlər ki, ölkə gəncliyi torpaqlarımızı erməni işğalından azad etmək üçün hər an cəbhəyə getməyə hazırdır
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə tərəqqi əldə edilib. Bu uğurun əsasında isə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Onu da qeyd edək ki, əldə edilən uğurlardan bütün sahələrə, o cümlədən gənclərə də pay düşüb. Daha dəqiq desək, Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir və bu siyasət ölkə gənclərinin hərtərəfli inkişafını təmin edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan gəncliyi hərbi vətənpərvərlik ruhunda yetişir.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov öncə onu bildirib ki, bu gün Azərbaycan bütün dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan, heç kimdən asılı olmayan güclü və nüfuzlu dövlət kimi tanınır. Onun sözlərinə görə, Azərbaycanın müsbət reallıqlarından biri də məhz ölkə gənclərinin vətənpərvərlik ruhunun yüksək olmasıdır: “Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Respublikamız bizim üçün bir nömrəli milli məsələ olan Dağlıq Qarabağ probleminin həllində belə prinsipial yanaşma sərgiləyərkən ilk növbədə özünün ordusuna arxalanır. Azərbaycan Ordusu getdikcə daha da güclənir. Son illərdə qoşunların təmas xəttində düşmən ölkənin törətdiyi təxribat cəhdlərinin qətiyyətlə dəf edilməsi onu deməyə əsas verir ki, Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqları məhz ordusunun gücü ilə azad edəcək. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı dövlətin hərbi bölmələrinin iyulun 12-də və sonrakı günlərdə törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması isə silahlı qüvvələrimizin zəfər tarixinə növbəti şanlı səhifə kimi yazılıb”.
Millət vəkili qeyd edib ki, Azərbaycan cəmiyyəti, o cümlədən də gənclərimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərirlər: “Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan onmilərlə gəncimiz könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət ediblər. Bu kimi amillər bir daha gənclərimizin hərbi vətənpərvərlik hisslərinin güclü olduğunu sübut edir”.
“İyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törədilən təxribatının qarşısının güclü Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması, bütün ölkə vətəndaşları kimi biz gənclərdə də böyük ruh yüksəkliyi yaradıb”.
Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Ofis rəhbəri Elmar Məmmədov deyib. E.Məmmədov bildirib ki, ermənilərin Tovuz istiqamətində təxribatından sonra şəhidlərimizin dəfnində, həmçinin ondan sonra bütün Azərbaycanı ordumuza dəstək aksiyaları, səfərbərlik çağırışları bürüdü və Ali Baş Komandanımız bu amili yüksək qiymətləndirdi: “Cənab Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan minlərlə ölkə vətəndaşı, əsasən də gənclər cəbhədə xidmət etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçib”.
YAP Gənclər Birliyinin Ofis rəhbəri qeyd edib ki, gənclərimiz vətənpərvərlik ruhunda köklənib: “Bu da təsadüfi deyil. Çünki dövlətimizin siyasətində yeni nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, gənclərin yüksək biliklərə yiyələnməsi, intellektual gənclər ordusunun formalaşdırılması, insan kapitalının inkişafı mühüm yer tutur”.
“Bütün vətənpərvər Azərbaycan övladları kimi, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlətimizin təhlükəsizliyi məsələsi ortaya çıxanda hər zaman öndə olan YAP Gənclər Birliyinin fəal üzvləri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbələrində qeydiyyatdan keçiblər. Torpaqlarımızın azad olunması uğrunda döyüşmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”, - deyə E.Məmmədov qeyd edib.
Nardar
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

