/ / Əmək və sosial müdafiə üzrə e-xidmətlərin sayı gələn il 100-ə, o cümlədən proaktiv xidmətlərin sayı 51-ə çatdırılacaq
Əmək və sosial müdafiə üzrə e-xidmətlərin sayı gələn il 100-ə, o cümlədən proaktiv xidmətlərin sayı 51-ə çatdırılacaq
29.08.2020 [00:54]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin elektronlaşdırılmaqla tam şəffaf, operativ və əhaliyə daha əlçatan şəkildə qurulması başlıca prioritetdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hazırda 26-sı proaktiv olan 53 e-xidmət var ki, aparılan sürətli işlər nəticəsində bu göstərici gələn il 100-ə çatdırılacaq. Bu da qurumun 132 xidmətindən artıq 76 faizə qədərinin elektronlaşdırılması deməkdir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. O qeyd edib ki, 26 proaktiv xidmət vasitəsilə bu il 65 min şəxsə e-qaydada pensiya, müavinət, təqaüd təyin edilib. Həmçinin cari il 145 min sığortaolunan e-qaydada qeydiyyata alınıb. Beləliklə, nazirlik tərəfindən bu il 210 min şəxsə proaktiv xidmətlər göstərilib. Nazir 22 e-xidmətin hazırlandığını, ilin sonuna kimi 7-sinin işə salınacağını, 25 proaktiv xidmətin də üzərində iş getdiyini deyib. O qeyd edib ki, yaradılan e-sistemlər həmçinin şəffaflığın tam təminatına nail olmağa imkan verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev sosial xidmətlər sahəsi üzrə də geniş elektron infrastrukturun - Sosial Xidmətlər üzrə Vahid İnformasiya sisteminin, xidməti kontingentə aid kateqoriyalar üzrə reyestrlərin, “Reabilitasiya” altsisteminin, ona uyğun veb-əsaslı növbəlilik sisteminin, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sisteminin yaradılması işlərinin davam etdiyini bildirib.
Nazir bildirib ki, təkcə bu ay müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsi açılıb. İlin sonunadək Bakı və bölgələrdə daha 5 belə müəssisə, o cümlədən Şəmkir və Qəbələdə uşaq reabilitasiya mərkəzləri istifadəyə veriləcək.
Eyni zamanda, əsas vəzifələrdən biri – həmin müəssisələrdə əlilliyi olan şəxslərə onların məmnun qala biləcəyi səmərəli, müasir tələblərə uyğun keyfiyyətli xidmətlər göstərilməsidir. Ona görə də reabilitasiya müəssisələrinin kadr potensialı bu prinsip əsasında formalaşmalıdır.
S.Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası sahəsində işlərin müsbət nəticələrini qeyd edib. Əmək müqavilələrinin sayında artım dinamikasının davam etdiyini, bu ilin 7 ayında müqavilələrin sayında 120 min, habelə əməkhaqqı fondunda önəmli artımın olduğunu deyib.
İclasda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi və keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının icrası, elektronlaşma proqramının genişləndirilməsi sahəsində aparılan işlər barədə çıxışlar dinlənilib. “Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin Nizamnaməsi”nin və “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın təsdiq edilməsi məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19

