Koronavirusdan qorunmağın ən optimal yolu karantin rejiminin tələblərinə tam riayət etməkdir
18.08.2020 [09:09]
Ekspertlərin fikrincə, yumşalmaların olmasına baxmayaraq, pandemiyanın hələ davam etdiyini nəzərə alaraq davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq
Azərbaycan dövlətinin yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qaşı apardığı effektiv mübarizə tədbirləri öz uğurlu nəticəsini verməkdədir. Avqust ayının əvvəlindən etibarən gündəlik yoluxma hallarının sayında azalmanın müşahidə olunması nəticəsində Azərbaycan hökuməti müxtəlif yumşaldılma paketlərinin tətbiqi ilə bağlı qərar qəbul etdi və sərt karantin rejimi müəyyən qədər aradan qaldırıldı. Bununla belə vəziyyətin hər an dəyişə bilmə ehtimalının olması unudulmamalıdır. Nəzərə alınmalıdır ki, hazırkı vəziyyəti belə qənaətbəxş hesab etmək olmaz və ən kiçik arxayınçılıq yenidən koronavirus pandemiyasının yayılmasına gətirib çıxara bilər. Daha doğrusu, indiki halda vətəndaşlar daha çox məsuliyyətli olmalı, karantin rejiminin qaydalarına, ən əsası sanitar-gigiyenik qaydalara riayət etməli və tibbi maskadan istifadə etməlidirlər. Əks halda, daha fərqli və qorxulu bir vəziyyətlə üz-üzə qalma ehtimalı ortaya çıxa bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Azər Badamov bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu qabaqlayıcı tədbirlər nəticəsində gündəlik yoluxma sayının azalmasına baxmayaraq pandemiya davam edir, COVID-19 həyatımıza təhlükə olaraq bizimlə yaşamaqdadır. Onun sözlərinə görə, pandemiyadan qorunmaq üçün yeganə yol karantin rejiminin tələblərinə tam riayət etməkdir: “Tibbi maskanın taxılması, soial məsafənin qorunması və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır. Xüsusən, tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar həyata keçiriləndə bu vacibdir. Pandemiya dövründə toy, yas mərasimlərinin və kütləvi tədbirlərin keçirilməsi koronavirusa yoluxma təhlükəsini artıırır. Ona görə də belə kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və haradasa belə icazəsiz keçirilən tədbirə rast gəliriksə, onun təşkilatçıları ictimai qınağa çəkilməlidir”.
Azər Badamov deyib ki, artıq insanların da yeni dövrün çağırışlarına adaptasiya olunmağa başladığını müşahidə edirik. Məhz insanların pandemiyanın tələblərinə məsuliyyətlə yanaşması son günlərin statistikasında koronavirus infeksiyasına yoluxmaların sayında azalmaların əldə olunmasına imkan verir.
Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, son günlər Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxmanın sayında azalmanın müşahidə olunması arxayınlaşmaya yol açmamalıdır. Onun sözlərinə görə, vətəndaşların karantin qaydalarına düzgün riayət etməməsi, laqeydlik göstərməsi pandemiyanın yenidən alovlanmasına yol aça bilər. Millət vəkili qeyd edib ki, hər kəs özü ilə yanaşı, minlərlə, hətta on minlərlə insanın sağlamlığına və həyatına təhlükə yaradı biləcəyini anlamalıdır. Bu isə bütöv cəmiyyətimizi və dövlətimizi ağır sınaqlar qarşısında qoya bilər: “Azərbaycan bu virusun yayılmağa başladığı ilk günlərdən təxirəsalınmaz önləyici tədbirlər görməkdədir. Dövlətimizin və səhiyyəmizin bütün imkanları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edilib. Yumşalmaların olmasına baxmayaraq pandemiyanın hələ davam etdiyini nəzərə alaraq, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Vətəndaşlar qaydalara riayət etməli, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməməlidirlər. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Həmrəylik və sadə qaydalara əməl edilməsi həyatımızın yenidən öz adi axarına qayıtmasında mühüm rol oynayır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

