Dövlət Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq
18.08.2020 [09:01]
Dövlət Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq və startap fəaliyyətinin dəstəklənməsi üçün mühüm addımlar atacaq.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun sözlərinə görə gömrük işinin təşkilində informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi məqsədilə kompleks işlər aparılır, yeni layihələr və tətbiqlər hazırlanır. Əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaş-məmur təmasının tamamilə aradan qaldırılmasıdır ki, bu da gömrük sistemində resurslardan səmərəli şəkildə istifadə edilməsinə, iş adamlarının vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradacaq.
T.Xəlilov qeyd edib ki, hazırda Komitənin mütəxəssisləri tərəfindən DGK-nın təqdim etdiyi bütün elektron xidmətlərin vahid elektron resurslarının cəmləndiyi “e.customs.gov.az” elektron portalının yaradılması istiqamətində iş aparılır. Belə ki, DGK tərəfindən iki fərqli elektron portal - elektron hökumət portalı “e-gov.az” və DGK-nın “c2b.customs.gov.az” portalları üzərindən, ümumilikdə 18 xidmət təqdim edilir. Bunlardan 13-ü elektron hökumət portalı “e-gov.az”, 5-i isə DGK-nın c2b.customs.gov.az elektron portalı vasitəsilə təqdim olunur.
“e.customs.gov.az” portalı fəaliyyətə başladıqdan sonra istifadəçilərin rahatlığını təmin etmək məqsədilə bütün xidmətləri vahid məkandan əldə etmək mümkün olacaq. Üstəlik, elektron xidmətlərin sayının 33-ə çatdırılması planlaşdırılır. Yeni portal fiziki şəxslər, xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları, banklar, daşıyıcı şirkətlər üçün elektron xidmətləri əhatə edir.
Portal, həmçinin ölkə başçısının innovativ inkişafın, o cümlədən startap fəaliyyətinin dəstəklənməsi sahəsində qarşıya qoyduğu məqsədlər istiqamətində atılan mühüm addımdır. Belə ki, yeni portal startapçılara dəstək məqsədilə elektron həllər toplusunu da özündə ehtiva edəcək. Burada startap lahiyələrin dəstəklənməsi üçün “Açıq məlumatlar” bölməsi nəzərdə tutulub və təqdim olunan açıq məlumatlar, “APİ”lər vasitəsilə startapçılar və ya müəssisələr DGK-nın elektron xidmətlərini birbaşa öz elektron resurslarına inteqrasiya etmək imkanı əldə edəcəklər. Portal, həmçinin “ASAN Login” - vahid giriş sisteminə də inteqrasiya edilib.
Daha bir yenilik isə “smart customs” mobil tətbiqinin reallaşdırılması ilə bağlı olacaq. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üçün elektron sərnişin bəyannaməsinin qəbulu üzrə elektron xidmət “smart customs” mobil tətbiqinə əlavə ediləcək. Bununla da fiziki şəxslər tərəfindən ölkəyə gətirilən (aparılan) malın (əşya) mobil tətbiq vasitəsilə gömrük orqanına bəyan olunması təmin ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31

