Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinə müraciət ünvanlayıb
29.07.2020 [15:20]
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Azərbaycanın milli aviadaşıyıcısının turizm agentləri üçün avqustun 1-dən etibarən mövcud istiqamətlər üzrə aviabilet satışı hüquqlarını bərpa etməsini nəzərə alaraq turizm şirkətlərinə müraciət edib.
AZƏRTAC xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev koronavirus pandemiyası (COVID-19) təhlükəsinin həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində davam etdiyini nəzərə alaraq, turizm şirkətlərini gələcək fəaliyyətlərində işçi personalının, eyni zamanda, ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xüsusi diqqət yetirməyə və mövcud təlimatlara əməl etməyə çağırıb.
Rüfət Hacıyev koronavirus pandemiyası dövründə AZAL tərəfindən sərnişinlərin sağlamlığının qorunması üçün atılan addımları yüksək qiymətləndirdiyini və analoji tədbirlərin turizm şirkətləri tərəfindən də həyata keçirilməsinin vacib olduğunu bildirib.
Assosiasiya sədri koronavirus pandemiyasına qarşı görülən tədbirlərin davamı olaraq turizm şirkətlərinə ATAA tərəfindən hazırlanan xüsusi metodiki göstərişlərdən ibarət xidmət proseduruna əməl edilməsini və gələcək fəaliyyətlərinin hazırlanan xüsusi video-təlimata uyğun olaraq qurulmasını tövsiyə edib.
Rüfət Hacıyev koronavirus pandemiyasının Azərbaycan ərazisində yayılmasının ilk günlərindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən turizm şirkətlərinin üzləşdiyi çətinlikləri, onların problemlərinin daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq Dövlət Turizm Agentliyi və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbər şəxsləri ilə görüşlər keçirildiyini, müzakirələr aparıldığını, bir sıra təkliflər hazırlayaraq təqdim edildiyini və onların bir qisminin öz müsbət həllini tapdığını qeyd edib.
O, ATAA olaraq bundan sonrakı dövrdə də turizm şirkətlərinin sağlam fəaliyyətinə dəstək olunacağını diqqətə çatdırıb.
Rüfət Hacıyev ölkə turizminin inkişafına daim dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə, eləcə də bu sektorda xüsusi çəkisi olan turizm şirkətlərinə bilet satışında göstərdiyi dəstəyə görə Azərbaycan Hava Yolları QSC nın prezidenti Cahangir Əsgərova Azərbaycan Turizm Agentlikləri Assosiasiyası adından təşəkkür edərək turizm sektorunun qısa zamanda yenidən inkişaf etməsi üçün səylərini artıracaqlarını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

