Vətəndaş məsuliyyəti koronavirusa qarşı mübarizədə həlledici amildir
29.07.2020 [09:29]
Ekspertlər qeyd edirlər ki, COVİD-19-un geniş yayılmasının qarşısının alınması üçün insanlar müəyyən olunmuş qaydalara riayət etməlidirlər
Məlum olduğu kimi, dünyanı cənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edən Nazirlər Kabineti ölkə üzrə xüsusi karantin rejiminin uzadılması barədə qərar qəbul edib. Eyni zamanda, mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-dək uzadılıb. Qeyd edək ki, xüsusi karantin rejimi şəraitində müvafiq qərarlar məhz ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi nəzərə alınaraq qəbul edilir. Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaların vətəndaşlar tərəfindən icrasının zəruriliyi mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin fikrincə, pandemiya ilə mübarizənin səmərəliliyi üçün vətəndaşlar mütləq qoruyucu vasitələrdən istifadə etməli, eyni zamanda məhdudlaşdırıcı tələblərin yerinə yetirilməsinə ciddi yanaşmalıdırlar.
Məsələ ilə bağlı Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün ilk günlərdən dövlət bütün addımları atır. Onun sözlərinə görə, hazırda Bakıda və digər bır sıra bölgələrimizdə sərt karantin rejiminin davam etməsi də insanların sağlamlığına və təhlükəsizliyinə xidmət edir: “COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş yayıla bilər. Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Bilirsiniz ki, karantin rejiminin uzadılması nəticəsində son günlər yoluxma sayında azalma, xəstəlikdən sağlamaların sayında isə artım müşahidə olunur. Bu müsbət tendensiyanın davam etməsi üçün vətəndaşlar qaydalara əməl etməlidirlər. İctimai nəqliyyatda, ofislərdə və digər yerlərdə maskadan istifadə olunmalıdır. Tibbi maska, sosial məsafə və dezinfeksiya vasitələri insanları 95 faiz yoluxmadan qoruyur. Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə, cəmiyyətimizin qorunması üçündür. Bu qaydalara əməl etməklə virusa tam qalib gələ bilərik”.
Millət vəkili Anar Məmmədov isə bildirib ki, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini genişləndirir. Onun sözlərinə görə, vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi vacib amillərdən biridir: “Məsafənin saxlanması, tibbi maskadan istifadə, gigyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bütün qaydalara əməl etmək ilk növbədə insanların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir”.
Millət vəkili deyib ki, hər bir vətəndaşımız öz şəxsi məsuliyyətini dərk etməli, sosial izolyasiya tələbinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir: “Bir sözlə, vətəndaşlar daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər. Dövlət başçısının qeyd etdiyi kimi, cəmiyyətimiz yeni davranış qaydaları çərçivəsində yaşamağa öyrəşməlidir. Sərt karantin rejimi müddətində yoluxma sayının azalmağa doğru getməsi çox yaxşı haldır. Bu müsbət tendensiyanın davam etməsi üçün vətəndaşların mövcud qaydalara və tövsiyələrə əməl etmələri mütləq şərtdir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

