ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar
04.07.2020 [07:17]
Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsi 3 aylıq marafondan sonra Bakıda və regionlardakı seçilmiş xəstəxanalarda işini yekunlaşdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, hər biri 2 həftə davam edən 4 mərhələdə həyata keçirilən layihə, 5 bölgədə - Bakı, Gəncə, Şəmkir, Ağdaş və Goranboy - 12 xəstəxananı əhatə edib. Layihə çərçivəsində COVID-19 laboratoriya nəticələrinin təfsiri, COVID-19-lu ağır xəstələrin idarə edilməsi daxil olmaqla, müxtəlif mövzularda keçirilən təlimlərdə iştirak sayı 1185 olub. 5 xəstəxanada infeksiyaya nəzarət komitələrinin yaradılmasına dəstək göstərilib, digər xəstəxanaların eyni təcrübədən istifadə etməsi üçün nümunə yaradılıb.
Xəstəxanaların monitorinqi və qiymətləndirilməsinin tərkib hissəsi kimi tətbiq olunan ÜST-nin Xəstəxana Hazırlıq Siyahısı nəticəsində layihənin həyata keçirildiyi əksər xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin gücləndirilməsi, xəstələrin idarə olunması, nəzarət və hadisələrin idarə edilməsində əhəmiyyətli irəliləyişlər əldə olunub. Çətinliklər və təkmilləşdirmə yolundakı maneələr tövsiyələrlə birlikdə rəsmi qurumlara təqdim edilib.
12 xəstəxanada COVID-19-a qarşı hazırlığı dəstəkləməklə yanaşı, Yeni Klinikanın daxilində Təlim Mərkəzi də yaradılıb. İyunun 12-dən 30-na 119 tibb işçisi bu mərkəzdə “COVID-19-dan qorunmağın üsulları” mövzusunda təlimlərdə iştirak edib.
REACT-C19 layihəsi nəticəsində ÜST, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu kimi digər qurumlar arasında əməkdaşlıq gücləndirilib, məqsədyönlü təlimlər vasitəsilə insan resursları potensialı artırılıb.
Layihə yekunlaşsa da, orada iştirak edən konsultant-həkimlərin bir çoxu ölkəyə dəstəyi davam etdirmək üçün bir müddət daha Azərbaycanda qalmaq qərarına gəlib.
REACT-C19 layihəsi Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, USAID, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Koreya Respublikası ilə birgə əməkdaşlıq çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda COVID-19-a qarşı xəstəxanalarda əsas bacarıqları artırmaq məqsədilə həyata keçirilib. Türkiyədə yoluxucu xəstəliklər, pulmonologiya, anesteziologiya və reanimasiya, daxili orqanların xəstəlikləri üzrə işləyən 19 həkim REACT-C19 heyətində təmsil olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

