Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Macarıstan dəmir yolunun modernləşdirilməsi proqramına başlayır

Macarıstan dəmir yolunun modernləşdirilməsi proqramına başlayır

23.07.2026 [18:28]

Macarıstan hökuməti 2035-ci ilədək ölkənin dəmir yolu şəbəkəsinin yenilənməsinə təxminən 10 milyard avro həcmində vəsait yatırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, hökumətin təqdim etdiyi Baross Qabor Dəmir Yolu İnkişaf Planı ölkənin tarixində ən iri nəqliyyat layihələrindən biri hesab olunur.

Proqramın əsas məqsədi sərnişindaşımanın etibarlılığını artırmaq, köhnəlmiş infrastruktur və qatar parkını yeniləməkdir. Layihə çərçivəsində ən azı 35 yeni “InterCity” qatarı və 42 HEV şəhərətrafı qatarı alınacaq. Bununla yanaşı, Budapeşt hava limanına dəmir yolunun çəkilməsi, ən işlək 10 vağzalın yenidən qurulması və beynəlxalq marşrutların inkişafı da nəzərdə tutulur.

Maliyyələşmə Avropa İttifaqı fondları, Avropa İnvestisiya Bankının kreditləri, konsessiya investisiyaları və gələcək büdcə mənbələri hesabına təmin ediləcək.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31