Polis günü ərəfəsində yeni inşa edilən binaların açılışı olub
02.07.2020 [09:51]
Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif xidmət sahələri üçün inşa edilmiş daha 3 yeni inzibati binanın açılışı olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzinin, Nərimanov Rayon Mühafizə İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi üçün tikilmiş inzibati binaların açılışında general-polkovnik Vilayət Eyvazova məlumat verilib ki, binaların hər birində müasir standartlara uyğun zəruri avadanlıq, inventar, mərkəzi havalandırma, istilik sistemləri, qazanxana, rabitə-kommunikasiya xətləri quraşdırılıb, ərazilərində abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Tədbir iştirakçıları yeni binaların növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıb, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki yorulmaz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
Vətəndaşlarımızın rahatlığına, onların nəqliyyat vasitələrinin vaxtında və keyfiyyətli müayinə edilməsinə şərait yaradacaq Qaradağ rayonu ərazisində inşa edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində minik avtomobilləri üçün 6, yük avtomobilləri üçün isə 2 müayinə xətləri yaradılıb. Müayinə xətləri yüksək dəqiqliklə diaqnostik xidmətlər aparılmasına imkan verən zəruri avadanlıqlarla təchiz olunub, avtoyuma və təmir boksları ilə təmin edilib.
Daxili İşlər naziri görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, fəal hüquq-mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.
General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət dövlət başçımızın daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya bundan sonra da əməli işlə cavab verəcək, sabitliyin, əmin-amanlığın, ictimai təhlükəsizliyin nümunəvi qorunması sahəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

