“Sülhlə işğala qarşı” mövzusunda videokonfrans keçirilib
01.07.2020 [10:05]
İyunun 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Sülhlə işğala qarşı” mövzusunda videokonfransda iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans Fələstin Dövləti Baş Qazının Divanının təşkilatçılığı, Fələstinin baş qazısı Mahmud Sidqi Əl-Həbbaşın sədrliyi ilə keçirilib.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən Türkiyə, İndoneziya, Misir, İraq, Sudan, Malayziya, həmçinin Rusiya və digər ölkələrin nazirlərinin, tanınmış din xadimlərinin və nüfuzlu ictimaiyyət nümayəndələrinin iştirak etdikləri videokonfransda Fələstin xalqının hüquqlarının müdafiəsi, BMT müstəvisində Fələstin dövlətinə hüquqi, humanitar yardımın daha da artırılmasına dair məsələlər, habelə Qüdsün taleyinə dair müzakirələr aparılıb.
Videokonfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının və dövlətinin hər zaman Fələstin xalqının və dövlətinin yanında olduğunu, bu istiqamətdə önəmli əməli addımlar atdığını vurğulayıb. Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət nümayiş etdirdiyini videokonfrans iştirakçılarının nəzərinə çatdıran Allahşükür Paşazadə Azərbaycanın bütün sahələrdə Fələstinin dövlətçilik, sülh, sabitlik və davamlı inkişafla bağlı səylərini tam dəstəklədiyini xatırladıb.
Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında baş verənlərin təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb etdiyini bildirən QMİ sədri Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılmasının, sülh, barış məkanı olmasının zəruriliyini ifadə edib. O bildirib ki, Ulu Yaradanın müqəddəs qərar verdiyi, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır.
Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq hüququn işləməməsinin, beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmamasının təhlükəli meyil olduğunu xüsusi vurğulayıb. O, birmənalı şəkildə bildirib ki, Qüdsün İsrailin bölünməz paytaxtı elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar və ümumən siyasi məqsəd, niyyətlər naminə bu şəhərlə bağlı qərarın verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulması deməkdir.
QMİ sədri çıxışında qeyd edib ki, illərdir separatçılıqdan əziyyət çəkən, əzəli torpaqları, beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edən, Xocalı şəhərində törədilmiş soyqırımı da ikili yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi qiymətini almamış cinayətlər sırasında yer alan Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır.
Fələstin probleminin sülh yolu ilə ədalətli həllinin zəruriliyini vurğulayan A.Paşazadə Yaxın Şərqin bu həssas bölgəsində sabitliyin bərqərar olması üçün BMT-nin müvafiq qətnamələrinə uyğun ədalətli, davamlı və sülh yolu ilə həllinin vacibliyini xüsusi qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

