Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinə üzv təşkilatların onlayn görüşü keçirilib
24.06.2020 [08:47]
İyunun 23-də Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) keçən dövrdə gördüyü işlər və gələcək fəaliyyətini müzakirə etmək məqsədilə üzv təşkilatların və Mərkəzin Katibliyinin iştirakı ilə növbəti onlayn görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə xüsusi karantin rejiminin sərtləşdirilməsi fonunda AKƏM-in həyata keçirəcəyi tədbirlər müzakirə olunub, yeni layihələr barədə təkliflər dinlənilib və fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iyunda həyata keçirilmiş “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində respublikanın 31 şəhər və rayonunda, eləcə də Bakının rayonlarında 300-dən çox könüllünün iştirakı ilə 200 minə yaxın vətəndaş maarifləndirilib. Həmçinin 80 minə yaxın vətəndaşı əhatə etmiş “Maskadan istifadə et” və “Sosial məsafə gözlə” maarifləndirmə aksiyaları çərçivəsində 200-dən çox könüllü insanların kütləvi toplaşdıqları yerlərdə sosial məsafənin qorunmasını təmin edib, koronavirus (COVID-19) pandemiyası dövründə zəruri davranış qaydaları barədə maarifləndirmə işləri aparıb. Bundan başqa, hazırda da davam edən “Könüllüdən məktub” aksiyası çərçivəsində könüllülər tərəfindən ümumilikdə 1000-ə yaxın məktub yazılıb. Könüllülər üçün keçirilən onlayn viktorina və müsabiqədə isə 644 könüllü iştirak edib. Həmçinin könüllülərin Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbirini 10 mindən çox insan izləyib.
Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran-Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
Fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

