/ / Normal həyata dönmək üçün vətandaş olaraq səbrli olmalı və karantin qaydalarına tam riayət etməliyik
Normal həyata dönmək üçün vətandaş olaraq səbrli olmalı və karantin qaydalarına tam riayət etməliyik
09.06.2020 [16:23]
Bilindiyi kimi, 8 iyun 2020 tarixinə qədər dünyanın 200-dən çox ölkəsində koronavirusa (COVID-19) 7 milyondan çox insan yoluxub. Xəstəliyə düçar olanlardan 500 minə yaxın insan həyatını itirib. Xəstəliklə bağlı çox sayda elmi araşdırmalar aparılsa da, bu günə qədər dünyada koronavirusu birbaşa məhv edən dərman və ya virusun yayılmasının qarşısını alan peyvənd tapılmayıb.
Keçmişdən bu günə qədər elmi tədqiqatlar göstərir ki, yoluxucu xəstəliklərə qarşı ən effektiv mübarizə, özünü başqa insanlardan təcridetmə, yəni şəxsi karantin tətbiq etməkdir. Bu anlayışa, yoluxucu xəstəliklərə qarşı mübarizədə "dərmansız üsul" deyilir. Qısacası bunu, “biz virusa getməsək, virus bizə gəlməyəcək, xəstələnməyəcəyik və həmdə xəstəliyin yayılmasının qarşısı alınacaq"şəklində açıqlamaq mümkündür.
COVID-19-un ən təhlükəli tərəfi budur ki koronaviruslu insanların 70-80%-ində xəstəliyin əlamətləri görünmür. Bu səbəbdən xəstəliyin daşıyıcıları bilmədən digər insanlara xəstəliyi yoluxdura bilirlər. Məhz bu, təhlükənin nə qədər böyük olduğunu bizə göstərir. Ona görə də hər insan özünü ya da qarşısındaki insanı koronaviruslu xəstə hesab etməlidir ki, xəstəliyin yayılmasının qarşısı alına bilsin. Beləliklə, xəstəliklə mübarizə etməyi özümüzdən başlamalıyıq.
Digər tərəfdən ictimaiyyət arasında bəzi yanlış inançlar da vardır. Misal üçün, deyilir ki, sadəcə yaşlı ve xroniki xəstəlikləri olan insanlar virus səbəbindən həyatını itirir. Bu doğru yanaşma deyil. Çünkü həqiqət budur ki, COVID-19 xəstəsi virusdan ölür. Bu virus heç bir xəstəliyi olmayan gənc insanları da öldürür. Ancaq əlbəttə ki, 65 yaşından yuxarı və digər xəstəlikləri olanlarda ölüm riski daha yüksək olur.
Dövlətimiz koronavirus pandemiyasına qarşı təqdirəlayiq mübarizə aparan ölkələr sırasındadır. Biz bir azərbaycanlı kimi, bununla fəxr etməli və bu mübarizədə dövlətimizin yanında olmalıyıq. Özümüzü digər insanlardan təcrid edərək, maska taxaraq ve rəsmi qurumların göstərişlərinə diqqət yetirərək virusa birlikdə qalib gəlmək imkanımız vardır. Karantin rejiminin ləğvi hər şeyin normal vəziyyətə dönməsi mənasına gəlmir. Hər bir insan şəxsən xəstəliyə qarşı tədbir görməz isə arzu olunmaz nəticələrlə üzləşə bilər.
İlk gündən etibarən koronavirus pandemiyasına qarşı mübarizəni daim diqqətdə saxlayan, tövsiyyə və göstərişləri ilə vətəndaşların həyatı naminə mühüm qərarlar alan cənab Prezidentimizə, virusa qarşı mübarizə çərçivəsində hər gün cəmiyyətə məlumat verən səlahiyyətli şəxslərə, bütün səhiyyə işçilərinə və əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk.
Oruc Allahverdiyev
Tibb elmləri üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

