/ / Millət vəkili Ağalar Vəliyevin Goranboy rayonunda seçicilərlə növbəti görüşü və qəbulu keçirilib
Millət vəkili Ağalar Vəliyevin Goranboy rayonunda seçicilərlə növbəti görüşü və qəbulu keçirilib
05.06.2020 [08:55]
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin iyunun 3-də Goranboy rayonunda seçicilərlə növbəti görüşü və qəbulu keçirilib. Yeni Azətbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, partiyanın fəalları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Milli Məclisinin deputatı Ağalar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli islahatlar və Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn genişmiqyaslı işlər barədə seçicilərə ətraflı məlumat verib. Millət vəkili müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində bölgələrdə, o cümlədən Goranboy rayonununda aparılan quruculuq və abadlıq işlərini vurğulayıb.
Səmimi şəraitdə keçən görüş zamanı deputat bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığınınqorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Millət vəkili Milli Məclisdə qəbul olunan “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”qanunun mahiyyəti barədə seçicilərinə ətraflı məlumat verib, pandemiya dövründə karantin rejiminin digər tələbləri ilə yanaşı, vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə edilməsinin zəruriliyini və buna əməl olunmadığı təqdirdə, müxtəlif məbləğlərdə cərimələrin tətbiqinin labüdlüyünü bildirib.
Görüşdən sonra bir qrup seçici deputat tərəfindən fərdi qaydada qəbul olunub və onların sosial-məişət məsələləri ilə bağlı müraciətlərinin təmin edilməsinə operativ reaksiya göstərilib. Eyni zamanda, əhalinin bəzi kommunal xidmətlərlə təchizatında mövcud olan problemlərin aradan qaldırılması istiqamətlərində rayonun və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.
Görüşün və qəbulun iştirakçıları tərəfindən sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47

