/ / Baş Prokurorluq: Bankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilib
Baş Prokurorluq: Bankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilib
02.06.2020 [09:14]
Astara Rayon İcra Hakimiyyəti başçısının (RİHB) Şahağacı kəndi üzrə icra nümayəndəliyinin mühasibi vəzifəsində işləmiş Vasif Bağırovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla Vasif Bağırovun “Bank Respublika” ASC-nin Astara filialının müdiri vəzifəsində işləmiş Rövşən Quliyev, Astara RİHB-nin Şahağacı kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olaraq rayonun Şahağacı, Şiyəkəran, Kolatan, Siyəkü və Kakolos kəndlərindən olan 61 sakinin adlarına ayrı-ayrı məbləğlərdə kreditlər götürərək “Bank Respublika” ASC-nin ümumilikdə 141 min manat məbləğində əmlakını mənimsəməsinə, bundan başqa vəzifə saxtakarlığı edərək 61 kənd sakininin və Bank Respublika” ASC-nin ümumilikdə 37 min 100 manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.
2018-ci il fevralın 3-də “Bank Respublika” ASC-nin Astara filialının müdiri Rövşən Quliyev və qeyrilərinin Cinayət Məcəlləsinin 179.3.2-ci (küllü miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilib.
Vasif Bağırov istintaq orqanından qaçıb gizləndiyindən cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılmış və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Aprelin 25-də Vasif Bağırov Rusiya Federasiyasının İrkutsk vilayətində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci, 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə istintaq mayın 25-də tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xəbər lenti
Hamısına baxSosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19

