Əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin daha bir nümunəsidir
10.04.2020 [12:38]
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımız tərəfindən təqdirlə qarşılanır
Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib. Dövlət başçısının bu humanist qərarı cəmiyyətimizdə çox yüksək dəyərləndirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşanzadə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir. Millət vəkilinin sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl şəkildə davam etdirilir. C.Paşazadə deyib ki, mütəmadi olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. O xatırladıb ki, sonuncu əfv Sərəncamı ilə 176 məhkum azadlığa qovuşub: “Bilirsiniz ki, Sərəncam koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək ölkənin layiqli vətəndaşı olmağa sövq edir”.
Millət vəkili onu da qeyd edib ki, dövlətin humanist siyasətini cəmiyyətimiz yüksək qiymətləndirir: “Nəticədə cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir. Beləliklə, bu Sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir. Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir”.
“Prezident İlham Əliyevin Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhbusun əəfv edilməsi təkcə humanizm örnəyi deyil, həmçinin yaşlılara hörmət və diqqətin parlaq nümunəsi, hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təzahürüdür”. Bu fikirləri isə Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, əfv siyasəti Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu humanist ənənələrin davamıdır və xalqımız tərəfindən çox yüksək qiymətləndirilir: "Çünki qlobal pandemiya şəraitində imzalanan bu əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu. Ümumiyyətlə, dövlətimizin başçısı vətəndaşlara daim böyük diqqət və qayğı göstərib, çətin günlərdə hər zaman onların yanında olub".
Millət vəkilinin sözlərinə görə, hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus infeksiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlamlığı ciddi təhdid altındadır. Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir, onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir. “Yeni növ koronavirus infeksiyasının bütün dünyada ağır fəsadlara yol açmasına baxmayaraq, Azərbaycanda vəziyyət tamamilə nəzarət altındadır. Prezident İlham Əliyevin vaxtında qəbul etdiyi qərarlar ölkəmizdə koronavirusun geniş vüsət almamasını şərtləndirən əsas amillərdəndir. Mövcud imkanların vəhdəti, nümayiş etdirdiyimiz milli həmrəylik, habelə həkimlərimizin peşəkarlığı və gərgin əməyi Azərbaycanın bu vəziyyətdən minimal itkilərlə çıxmasına şərait yaradır. Bu proses bir daha onu sübut etdi ki, Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır. Əfv Sərəncamının imzalanması da bu birliyin əyani nümunəsidir”,-deyə deputat söyləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36

