/ / Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın Boqor şəhəri Hökuməti arasında Protokol imzalanıb
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın Boqor şəhəri Hökuməti arasında Protokol imzalanıb
14.03.2020 [10:53]
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının Boqor şəhəri Hökuməti arasında Boqor Şəhəri Dövlət Xidmətləri Mərkəzinin təkmilləşdirilməsi haqqında Protokolun imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziya Respublikasının Boqor şəhərinin meri Bima Arya Suqiarto imzalayıblar.
Protokolun məqsədi “ASAN xidmət” modeli əsasında Boqor şəhərində dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsidir.
Bununla əlaqədar Boqor şəhər Dövlət Xidmətləri Mərkəzinin rəhbər və işçi heyətinə Dövlət Agentliyinin ekspertləri tərəfindən “ASAN xidmət”in qabaqcıl təcrübəsinə əsaslanan nəzəri və tətbiqi təlimlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında 2017-ci il iyulun 24-də paytaxt Cakarta şəhərində imzalanmış mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun implementasiyası üzrə həyata keçirilən fəaliyyət çərçivəsində tərəflər arasında görüş baş tutub.
2018-ci və 2019-cu illərdə Cakarta şəhərini və müxtəlif əyalətləri təmsil edən qurumların rəhbərlərinə “ASAN xidmət” mərkəzlərində təlimlər keçirilib. Həmçinin “ASAN xidmət” Cakartada keçirilmiş geniş sərgidə təmsil olunub və dövlət agentliyinin nümayəndəsi tərəfindən təlim-mühazirə təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

