ABŞ-da Azərbaycan multikulturalizmindən danışılıb
13.03.2020 [09:31]
ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan və Yuta ştatında yerləşən Sutherland İnstitutunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr edilmiş geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Baş Konsulluq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ölkəmizin müxtəlif dini icmalarının və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatına səfəri çərçivəsində təşkil olunan tədbiri giriş sözü ilə açan Sutherland İnstitutunun prezidenti Rik Larsen (Rick Larsen) hər kəsi bu önəmli tədbirdə görməkdən məmnun olduğunu bildirib.
Sonra çıxış edən Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou (Ed Rowe) Azərbaycanın müxtəlif dini icmalarının və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatında ilk dəfə səfərdə olduğunu vurğulayaraq, bunu tarixi səfər adlandırıb. O, 20 il əvvəl Azərbaycanda yaşadığını və xalqımızın mədəniyyətinə heyran olduğunu vurğulayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev respublikamızın bu gün dinlərarası harmoniya və qarşılıqlı anlaşma üzrə bütün dünyaya örnək bir ölkə olduğunu qeyd edərək, ölkəmizdə insanların bir-birilərinin inanclarına hörmətlə yanaşdığını, bu müxtəlifliyi qəbul etdiyini və alqışladığını bildirib.
Daha sonra panel müzakirələr keçirilib.
BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev müzakirələrdə çıxış edərək, Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat veriblər. Onlar Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıblar.
Sonda panel iştirakçıları qonaqların çoxsaylı suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

