/ / Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi”nin verilməsi və www.migrationto.az saytının təqdimatı mərasimi olub
Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi”nin verilməsi və www.migrationto.az saytının təqdimatı mərasimi olub
24.01.2020 [10:12]
Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə “Yol sənədləri”nin verilməsi ilə bağlı yanvarın 23-də Dövlət Miqrasiya Xidmətində (DMX) tədbir keçirilib. Həmçinin yeni yaradılmış www.migrationto.az saytının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov DMX tərəfindən hazırlanan və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə, eləcə də onların ailə üzvlərinə ölkə hüdudlarından kənarda hərəkət etmək hüququ verəcək “Yol sənədi”nin əhəmiyyəti və üstünlükləri barədə məlumat verib. Bildirib ki, “Yol sənədi” Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən sənəddir.
Xidmət rəisi qeyd edib ki, beynəlxalq tələb və standartlara uyğun hazırlanan “Yol sənədi” 5 il müddətinə verilir. Bu gündən etibarən qaçqınlar “Yol sənədi”ni əldə etməklə digər ölkələrə rahat səyahət edə biləcəklər. Qaçqınlar üçün sığınacaq aldığı ölkədən kənara çıxa bilməsi xüsusilə vacibdir. Bu, onların Azərbaycan cəmiyyətinə hərtərəfli inteqrasiya olmalarını təmin edəcək. Məsələn, təhsil, təlim və ya məşğulluq kimi fürsətlərdən istifadə etmək üçün belə səyahətlər onların problemlərinin davamlı həllində vacib şərt ola bilər. Ölkəmizdə qaçqın statusu əsasında yaşayan 83 əcnəbinin bu gündən etibarən “Yol sənədi” ilə təmin olunması prosesinə başlanılıb.
Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək qaçqınların inteqrasiyasının önəmini diqqətə çatdırıb, Azərbaycan dövlətinin verdiyi “Yol sənədi”nin qaçqın statusunda yaşayanlar üçün əlavə imkanlar yaradacağını və bu yeniliyin tətbiqi ilə bundan sonra onların xarici ölkələrə asan gedə biləcəklərini söyləyiblər.
Sonra Azərbaycanda qaçqın statusu almış şəxslərə “Yol sənədi” təqdim edilib.
Tədbirdə, həmçinin Dövlət Miqrasiya Xidmətində (DMX) yeni yaradılmış www.migrationto.az saytının təqdimatı olub.
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə birgə həyata keçirilən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın icrasına dəstək” (MOBİLAZE) layihəsi çərçivəsində hazırlanmış migrationto.az veb-saytı respublikamıza səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlandırılması, eləcə də Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyır. Hazırda üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytın dil imkanlarının gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır.
Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov yeni saytın mahiyyəti barədə məlumat verib. Bildirib ki, geniş spektrli səhifədən nəinki əcnəbilər, xarici ölkələrin Azərbaycandakı nümayəndəlikləri də yararlana biləcəklər.
Tədbirin sonunda Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi və qanunvericiliyə edilmiş son dəyişikliklərlə bağlı məlumat verilib və müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

