BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
20.11.2019 [10:08]
Noyabrın 19-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunan “Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar universitetin foyesində Tusi tərtibat və dizayn mərkəzi tərəfindən təşkil edilmiş “Nəsimi 650” sərgisi ilə tanış olublar.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini, 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu xatırladıb.
Nurlana Əliyeva vurğulayıb ki, İmadəddin Nəsimi Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin yaradıcılığında dərin poetik fikirlərlə fəlsəfi görüşlər vəhdət yaradır. Nəsiminin dövrün elmi-fəlsəfi düşüncəsini aydın ifadə edən ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələni təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyət azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri var. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.
Nurlana Əliyeva diqqətə çatdırıb ki, “Nəsimi ili” çərçivəsində universitetdə müxtəlif tədbirlər keçirilib. Tələbələr arasında yazı müsabiqəsi təşkil olunub, yekun dövlət imtahanına İmadəddin Nəsimi ilə bağlı suallar salınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Rəhim Əliyev qüdrətli söz ustadı İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O, şairin zəngin bədii-fəlsəfi irsini təhlil edib.
Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli Nəsimi yaradıcılığında azadlıq ideyalarının geniş əks olunduğunu diqqətə çatdırıb.
Xalq artisti Rasim Balayev Nəsimi yaradıcılığına verilən yüksək qiymətə və tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib, universitetin kollektivinə uğurlar arzulayıb.
Tədbir bədii-musiqili hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

