/ / Dövlət Komitəsinin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb
Dövlət Komitəsinin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb
16.11.2019 [09:54]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) noyabrın 15-də “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Fələstin Dövlətinin Ali hakimi və Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri Mahmud Sudqi Əl-Həbbəş ilə görüşüb.
Görüş zamanı Azərbaycanın dövlət-din modeli, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşaması, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olması barədə danışan Mübariz Qurbanlı qeyd edib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir. Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açıb. Son illər Azərbaycan mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına çevrilib. Mübariz Qurbanlı deyib ki, “Dünya dini liderlərinin II Bakı sammiti” dünya ölkələrinin Azərbaycandakı tolerant mühitə olan münasibətinin real ifadəsidir.
Dini radikalizmə qarşı mübarizə tədbirlərindən də söz açan DQİDK sədri diqqətə çatdırıb ki, din adı altında fəaliyyət göstərən radikal dini qruplaşmalar bütün cəmiyyətlər üçün təhlükəlidir. Bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü bildirən Komitə sədri dünyada sülhün bərqərar olması və sabitliyin təmin olunmasının, dialoq və əməkdaşlıq mühitinin yaradılmasının vacibliyini və buna nail olmaq üçün ölkələr arasında qarşılıqlı anlaşma və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.
Fələstin Dövlətinin Ali hakimi və Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri Mahmud Sudqi Əl-Həbbəş ölkəmizə ilk dəfə səfər etdiyini və paytaxtımızın çox gözəl şəhər olduğunu deyib. Müşavir bildirib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. İki ölkə arasındakı mövcud əlaqələrin gələcəkdə də möhkəmlənməsi və davam etməsində maraqlı olduğunu ifadə edən M.S.Əl-Həbbaş qeyd edib ki, Fələstində əhalinin dini maarifləndirilməsinə böyük diqqət yetirilir, dinin düzgün təbliği, insanların dini radikalizmə meyil etmələrinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılır. O, bunun həm də cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.
Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kəriminin də iştirak etdiyi görüşdə iki dövlətin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə genişləndirməsi barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara DQİDK tərəfindən ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr olunmuş kitabları təqdim edilib.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

