/ / Kristian Okerhelm: Azərbaycanda bütün dini konfessiya nümayəndələri üçün azad və tolerant mühit yaradılıb
Kristian Okerhelm: Azərbaycanda bütün dini konfessiya nümayəndələri üçün azad və tolerant mühit yaradılıb
21.09.2019 [10:17]
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm və “Həyat sözü” cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi Karl Qustav Severin ilə görüşüb.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə komitə sədri qonaqlara ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, dinc birgəyaşayış ənənəsi, tolerantlıq siyasəti, eyni zamanda, dini konfessiyalara göstərilən diqqət və qayğı barədə məlumat verib. Bildirib ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı münasibətlər qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır. Prezident İlham Əliyevin Azərbaycanda multikultural dəyərlərin qorunması və tolerant münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır.
Bu gün Azərbaycanda 24-ü xristian, 8-i yəhudi, 1-i krişna və 2-si bəhai olmaqla 35 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını qeyd edən komitə sədri, eyni zamanda, xristian icmalarının Azərbaycandakı fəaliyyətindən danışıb. Qeyri-islam dini qurumların fəaliyyətinə dövlət tərəfindən hərtərəfli dəstəyin göstərildiyini, icmalara mütəmadi maddi vəsaitlərin ayrıldığını diqqətə çatdıran Mübariz Qurbanlı “Həyat sözü” Xristian dini icması ilə Dövlət Komitəsinin səmərəli və sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Ölkəmizə ilk dəfə 25 il öncə səfər etdiyini deyən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm həmin dövrdəki çətinliklərə baxmayaraq, hazırda Azərbaycanın çox dəyişildiyini, uğurlu iqtisadi inkişafa nail olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevlə görüşlərini xüsusi ehtiramla xatırladan qonaq respublikamızda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılmasını yüksək qiymətləndirib. Azərbaycanda bütün dini konfessiya nümayəndələri üçün yaradılan azad və tolerant mühitə görə məmnunluğunu ifadə edən K.Okerhelm vurğulayıb ki, Azərbaycanın dünyaya əyani nümayiş etdirdiyi birgəyaşayış nümunəsinin kökündə dini azadlıqların təmin edilməsi dayanır.
Kristian Okerhelm “Həyat sözü” xristian dini icmasının Azərbaycanda fəaliyyətə başlamasının 25 ilinin tamam olduğunu bildirib və icmanın bu münasibətlə keçirəcəyi tədbirə komitə rəsmilərini dəvət edib.
Görüşün sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim olunub.
Qeyd edək ki, kilsə 1983-cü ildən İsveçdə fəaliyyət göstərir və təkcə Skandinaviya ölkələri deyil, bütün dünya üçün mərkəz rolunu oynayır. Kilsədə uşaq bağçaları və xristian məktəbləri, eyni zamanda, Bibliya məktəbi mövcuddur. MDB ölkələrində “Həyat Sözü” Kilsəsinin 200 minə yaxın üzvü və mindən çox kilsəsi var.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

