ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər
13.09.2019 [09:49]
Sentyabrın 12-də ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbir ADA Universitetinin 45 ölkədən ibarət beynəlmiləl ailəsinin bayraq paradı ilə davam edib.
Tədbirdə Şərəf Məcəlləsini bu tədris ilində universitetə yeni qəbul edilmiş 695 yerli və xarici bakalavr və magistr tələbələri və müəllim heyətinin 49 yeni üzvü imzalayıb. Mərasim ADA-nın qısa tarixində daha bir ilklə yadda qalıb - bu ildən fəaliyyət göstərən ADA Məktəbinə ilk qəbul edilən 253 yuxarı sinif şagirdi də tədris zamanı akademik əxlaq və dürüstlük prinsiplərinə sadiq qalacaqlarına and içiblər.
Mərasimdə giriş sözü ilə çıxış edən ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal bildirib ki, şərəf andının içilməsi hər yeni tədris ilinin əvvəlində keçirilən ənənəvi mərasimdir. Şərəf Məcəlləsi beş akademik əxlaq və dürüstlük prinsipindən ibarətdir: “Yalan danışma! Aldatma! Plagiatlıq etmə! Ayrı-seçkilik salma! Bu prinsipləri pozmaqda başqalarına yardım etmə!” ADA Universitetinin fəlsəfəsi akademik əxlaq və dürüstlüyün sanksiya, qadağa və hədələrin tətbiqi ilə deyil, bu dəyərləri yüksək tutan akademik mədəniyyətin aşılanmasına arxalanır.
İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov bildirib ki, şərəf andı hamımızın həyatında vacib bir qərar, yeni bir mərhələnin başlanğıcı olub. ADA Universiteti yüksək dəyərlər və hədəflər üzərində qurulmuş bir təhsil müəssisədir. Universitet qısa müddətdə ölkə təhsil sistemində yeniliklərə imza atıb, müəllim adına inamı, hörməti yüksəldib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev tələbələrə və müəllim heyətinə müvəffəqiyyətlər arzulayıb. O, ADA Universitetində yüksək səviyyədə təhsil sistemi qurulduğunu və bu ali təhsil ocağında ixtisaslı kadrlar hazırlandığını diqqətə çatdırıb.
Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev qısa müddətdə əldə edilən nailiyyətlərdən, təhsil ocağındakı sürətli inkişafdan söz açıb, uğurların davamlı olacağını bildirib. Rektor deyib: “Bu il 700-dək tələbə universitetimizə qəbul olunub. Bu rekord rəqəmdir, amma gələcəkdə onların sayı daha da artmalıdır. Tələbələrin yarısı güzəştli şərtlərlə oxuyur. ADA-nın fəaliyyətinin mərkəzində tələbə dayanır. Tələbə bu dünyanı müəyyənləşdirən gələcəkdir. Təcrübə onu göstərir ki, şərəf andına inanan, riayət edən tələbə və müəllimlər bu universitetin gələcəyini düşünənlərdir və inanıram ki, siz də bu işdə bizə kömək edəcəksiniz”.
Rektor universitetə qəbul olunan yerli və xarici tələbələri, o cümlədən müəllimləri yeni dərs ili münasibətilə təbrik edib, müvəffəqiyyətlər arzulayıb.
Sonra ADA Universitetinin himni səsləndirilib.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

