“Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə” mövzusunda konfrans keçirilib
27.08.2019 [09:11]
Tədbirdə “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb
Avqustun 26-da Bakıda “Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə” mövzusunda konfrans keçirilib.
Konfransı açıq elan edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 və şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Sərəncamını xatırladaraq, “Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə” mövzusunda konfransın da bu tədbirlər silsiləsindən olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Şeyxülislamla bağlı fikirləri onun fəaliyyətinə verilən ən yüksək qiymətdir. G.İsmayılov bu gün Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə imzaladığı Sərəncamın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu qərar dövlətin dini sahəyə göstərdiyi diqqətin əyani sübutu, A.Paşazadənin şəxsiyyətinə verilən qiymətin göstəricisidir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da Şeyxülislamı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edərək Şeyx həzrətlərinin xidmətlərinə diqqəti yönəldib: “Bugünkü Sərəncamda dövlət başçısı tərəfindən üç məsələ önə çəkilmişdir: birincisi, o deməkdir ki, Şeyxülislam din xadimi olmaqla yanaşı, həm də dövlət-din münasibətlərinin formalaşmasında dövlətin maraqlarını qorumağı bacarıb. Bu çox vacib məsələdir. İkincisi, milli həmrəyliyin bərqərar olmasındakı xidmətlərinin xatırlanması o deməkdir ki, Şeyx həzrətləri milli həmrəyliyin bərqərar olması üçün çalışmaqla milli birliyin və milli maraqlarımızın təmin olunması üçün xidmətlər göstərib. Üçüncüsü isə şübhəsiz ki, mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasındakı xidmətləridir ki, onun həyata keçirilməsindəki rolu cəmiyyətin gözü qarşısında baş verib. Bunları ardıcıllıqla nəzərdən keçirsək, görəcəyik ki, Şeyx həzrətləri nə qədər böyük işlər görüb”.
Millət vəkili daha sonra Şeyxülislamın fəaliyyətində bir neçə məqamı xatırladaraq ali dini liderin yüksək insani keyfiyyətlərinə toxunub: “Tale elə gətirib ki, son bir neçə ildə Şeyx həzrətləri ilə birlikdə xarici səfərlərdə olmuşam və onun mənəvi dünyasından mənə də pay düşüb. Bu zaman Şeyx həzrətlərinin mənəviyyatla bağlı, dinimizlə bağlı davranışlarının şahidi olmuşam, söhbətlərini eşitmişəm. Məsələn, Misirdə səfərdə olarkən, bu ölkənin prezidentinin dini məsələlər üzrə köməkçisi Şeyxlə görüşəndə o, A.Paşazadəyə həm dini maraqlar, həm də dövlət maraqlarının ifadə olunduğu məqamı çatdırmağa çalışırdı. Amma fikrini tam ifadə etməkdə çətinlik çəkirdi. Bu məqamda Şeyx həzrətləri nəzakətlə ona dedi ki, Vətəni sevmək - imandandır. İspaniyada səfərdə olarkən isə hər üç səmavi din haqqında söhbət gedərkən hər üç dinin Allahdan gəldiyini və İslam dininin sonuncu və ondan əvvəl gələn səmavi dinlərin davamı kimi mükəmməl olması faktını xüsusi bir dillə, məharətlə çatdırdığının şahidi olmuşam. Ən nəhayət, Şimali Osetiyanın mərkəzi Vladiqafqazda olarkən məscidlərlə bağlı məsələnin qabardılmasına münasibətdə “Məscidin şiəsi, sünnisi olmur, məscid Allahın evidir” şəklindəki qətiyyətli mövqeyini gördüm”.
Millət vəkili Hikmət Babaoğlu çıxışının sonunda A.Paşazadənin fəaliyyətləri haqqında belə bir ümumiləşdirmə aparıb: “Belə bir deyim var: hər bir möminin qəlbində bir şübhə, hər bir ateistin qəlbində Allah xofu var. Mənə elə gəlir ki, Şeyx həzrətləri elə bir mömindir ki, onun qəlbində əsla və əsla şübhə yoxdur. Ona görə də A.Paşazadə dövləti, xalqı, ümumən İslam ümməti qarşısında bu dərəcədə xüsusi xidmət göstərə bilir”.
Tədbirdə çıxış edən “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bu gün Azərbaycanın Cənubi Qafqazın dini mərkəzinə çevrilməsində Şeyxülislam A.Paşazadənin rolunun vacibliyindən danışıb. Bildirilib ki, Şeyxülislam Prezident İlham Əliyevin xüsusi önəm verdiyi və şəxsən dəstəklədiyi dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada yüksək səviyyədə təbliğ edir. Dövlət-din münasibətlərinin düzgün məcraya yönəldilməsi, vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə dini-mənəvi sabitliyin qorunub saxlanılması işində fəal mövqe tutur.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova bildirib ki, Allahşükür Paşazadə ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı dini etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsində əvəzsiz xidmətlər göstərib. O, eyni zamanda, kütləvi informasiya vasitələrinin nümayəndələri arasında elan edilmiş yazı müsabiqəsində iştirak edən bütün jurnalistlərə Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə xüsusi diqqətlə yanaşdıqlarına görə təşəkkürünü bildirib.
Konfransın sonunda Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

