Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
24.07.2019 [09:19]
Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ASC Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Respublikanın mühüm sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.
Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişaf və əhali artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 millimetr diametrli borularla 230 kilometr kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Ötən il layihə çərçivəsində Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 3,1 kilometr uzunluğunda əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb.
Cari ildə dövlət investisiya layihəsi çərçivəsində isə şəhərdə 9 kilometr kanalizasiya xəttinin inşası nəzərdə tutulub. Şirvan şəhərində 1950-ci illərdə tikilmiş kanalizasiya xətlərinin istismar müddətini başa vurması nəzərə alınaraq 600-400 millimetr diametrli borularla yeni kanalizasiya kollektorunun layihəsi işlənib. Artıq 9 kilometrlik kanalizasiya xətlərinin 50 faizinin tikintisi başa çatdırılıb. Yeni kollektorlar istismara verildikdən sonra mövcud şəbəkələr bu xətlərə birləşdiriləcək və tullantı suların toplanıb kənarlaşdırılmasında yaranan çətinliklər aradan qaldırılacaq.
Şirvan şəhərindəki çoxmərtəbəli yaşayış binalarının zirzəmilərində antisanitar vəziyyətin aradan qaldırılması, zirzəmilərdə toplanmış tullantı sularının kənarlaşdırılması üçün də lazımi işlər görülür. Ötən il 14 binanın zirzəmisi təmizlənib və həmin binaların şəbəkə kanalizasiya xətləri yenilənib. Yeni kanalizasiya xətlərinin çəkildiyi bina və fərdi yaşayış evlərinin yerləşdiyi küçələrdə köhnə kanalizasiya sistemi ləğv edilir, yeni xətlər şəbəkəyə birləşdirilir. Bütün bu işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Ötən dövrdə Şirvan şəhərinin içməli su infrastrukturunun yenilənməsi sahəsində də layihələr icra edilib. Kür sutəmziləyici qurğular kompleksində təmizlənən suyun bir hissəsinin Şirvan-Muğan qrup su kəməri vasitəsilə Şirvan, Salyan və Biləsuvar şəhərlərinə verilməsi təmin edilib. Eyni zamanda, şəhərdaxili magistral xətlərin və paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

