/ / Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
20.07.2019 [09:32]
“Bu gün bütün sahələrdə davamlı olaraq gücünü artıran, inkişaf edən dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki Prezident İlham Əliyevin apardığı milli maraqlara söykənən siyasət Azərbaycanın daha da gücləndirilməsinə xidmət edir. Bu mənada, ətrafında yüz minlərlə vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq yüksək səviyyədə qurur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentin rəhbərlik etdiyi partiyamızın 700 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, gənclərin inkişafı istiqamətində Yeni Azərbaycan Partiyasının uğurlu layihələrindən olan “Yay məktəbi” bu il də iyul ayında Oğuz və Lerik rayonlarında təşkil olundu. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri” ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olan gənclər siyasətinin tərkib hissəsi kimi gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin, vətənpərvərlik hisslərinin artmasında olduqca mühüm rol oynayır.
“Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir. Bu məktəblərdə ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə gənclər iştirak etdi. Gənclərimiz həm asudə vaxtlarını yaxşı keçirdilər, həm bir-biri ilə ünsiyyət qurdular. Nəzərdə tutulmuş proqrama uyğun olaraq gənclərin YAP-ın funksionerləri, Milli Məclisin deputatları ilə görüşləri təşkil olunub, onlara partiyamızın qurucusu, Azərbaycanda gənclər siyasətinin banisi, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu barədə geniş məlumat verilib. Bu, gənclərimizin Heydər Əliyevin gənclər siyasəti, mübariz ruhlu gənc nəslin yetişdirilməsində geniş fəaliyyəti barədə dərin biliklər əldə etməsində mühüm rol oyanayır. Layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar verilib, eləcə də müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər təşkil olunub. Bir sözlə, “Yay məktəbi” uğurla başa çatıb və gənclərin ictimai fəallığının yüksəlməsində daha bir mühüm addım hesab oluna bilər. Eyni zamanda, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətin formalaşmasına təkan verilib.
Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”. Ölkə gəncləri də öz növbəsində müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər etməli, Vətənimizin inkişafı naminə səylə çalışmalı, Öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar”,-deyə P.Kərimzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

