Azərbaycanlı onkoloq ən yaxşı beynəlxalq elmi məqalənin müəllifi kimi mükafata layiq görülüb
04.07.2019 [09:38]
Onkoloji xəstəliklərlə mübarizə səhiyyə sahəsində xüsusi yanaşma, onun müalicəsi isə həkimlərdən xüsusi diqqət və qayğı tələb edir. Müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeni diaqnostika və müalicə metodları getdikcə inkişaf edir. Bu baxımdan tibbin və texnologiyanın vəhdəti onkoloji xəstəliklərin diaqnostika və müalicəsində həkimlər üçün yeni imkanlar açır.
Tibbin onkoloji xəstəliklərlə mübarizədə nail olduğu elmi biliklərin paylaşıldığı, texnologiyanın müasir formalarının nümayiş edildiyi və eyni zamanda, dünyanın bir sıra aparıcı tibb müəssisələrinin mütəxəssisləri ilə fikir mübadiləsi aparılması imkanı verən beynəlxalq tədbirlərdən biri də ABŞ-ın Nüvə Təbabəti və Molekulyar Görüntüləmə Cəmiyyətinin (SNMMI-Society of Nuclear Medicine and Molecular Imaging) hər il təşkil etdiyi illik beynəlxalq konfransdır. Tədbir həkimlərlə yanaşı əczaçı, texnoloq və fiziklərin bir araya gəlməsinə, elmi-təcrübi biliklərin və tibdə olan müasir innovasiyaların paylaşılmasına şərait yaradır.
Milli Onkologiya Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cəmiyyətin bu il ABŞ-ın Kaliforniya ştatının Anaheim şəhərində keçirilən konfransında ölkəmizi Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun rəhbərlik etdiyi dörd əməkdaşdan ibarət nümayəndə heyəti təmsil edib.
Dünyanın 100-dən çox ölkəsindən minlərlə nümayəndə heyətinin iştirak etdiyi konfransın açılışında SNMMI-in rəhbəri, Yuta Universitetinin professoru, ABŞ Nüvə Təbabəti və Molekulyar Görüntüləmə cəmiyyətinin prezidenti Satoşi Minoşima çıxış edib. Konfransın təşkilat komitəsinin sədri, Massaçusets hospitalının professoru Umar Mahmud və başqaları çıxış edərək tədbirin əhəmiyyəti barədə danışıblar.
Süd vəzi xərçəngi, prostat vəzi xərçəngi və beyin şişlərinin molekulyar diaqnostika və müalicəsinə həsr edilən üç elmi məqalələrdən biri məruzə, digər ikisi isə tezis şəklində olmaqla SNMMI tərəfindən təqdimat üçün qəbul edilib.
Süd vəzi xərçənginin diaqnostikasında pozitron emissiya tomoqrafiya müayinəsi haqqında məqalə iştirakçılara tezis şəklində təqdim olunub.
Regionda və MDB məkanında yalnız ölkəmizdə istifadə olunan prostat vəzi xərçənginin hədəfə yönəlmiş radionuklid müalicəsində istifadə olunan Ac225-PSMA radiofarmasevtik dərman vasitəsinin istehsalı və keyfiyyətinin təyininə dair məqalə tezis şəklində nümayiş etdirilib.
Tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun beyin xərçənginin erkən diaqnostika və müalicəsi ilə əlaqədar qəbul edilmiş məqaləsi məruzə şəklində dinlənilib və ən yaxşı beynəlxalq elmi məqalə mükafatına layiq görülüb.
Cəmiyyətin növbəti konfransının gələn il iyunun 13-dən 16-dək ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

