/ / Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, professor İradə Hüseynovanın kitablarının təqdimatı
Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, professor İradə Hüseynovanın kitablarının təqdimatı
31.05.2019 [10:52]
Mayın 29-da "Azərkitab" Kitab Təbliğatı Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın ali məktəblər üçün "Heydər Əliyev və Qafqazda sülh prosesi" adlı fundamental əsəri - monoqrafiya xarakterli dərsliyinin təqdimatı olub. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”", "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai birlikləri və "Azərkitab"ın” təşkilatçılığı ilə baş tutan təqdimatda Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, millət vəkilləri Qənirə Paşayeva, Aydın Hüseynov, Elman Nəsirov, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları iştirak ediblər.
Çıxışçılar Əliyevşünaslığa və qafqazşünaslığa dəyərli ərməğan sayıla bilən bu fundamental dərsliyin tələbə və magistrlərin, tarixçi müəllim və alimlərin, politoloqların, həmçinin geosiyasi və beynəlxalq problemlərlə məşğul olan mütəxəssislərin, diplomatların stolüstü kitabına çevriləcəyinə əminliyini ifadə ediblər.
Qeyd edilib ki, qafqazşünaslıqda və Vətən tarixşünaslığında ilk təcrübə olan bu dərslikdə Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətində müstəsna əhəmiyyətli yer tutan bir tarixi problem – Şərqlə Qərbin, Cənubla Şimalın arasında mühüm geosiyasi, geostrateji mövqeyi olan, dünya sivilizasiyasının nadir məskəni sayılan Qafqazda sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olması, davamlı sülhün təmin edilməsi uğrunda apardığı siyasət, həyata keçirdiyi tədbirlər, ideya müəllifi olduğu "Ümumi Qafqaz evi" sülh strategiyası elmi cəhətdən sistemli təhlil olunur, "Vətəndə sülh, bölgədə sülh" siyasətinin müasir mərhələdə uğurla davam və inkişaf etdirilməsi problemləri kompleks şəkildə araşdırılır.
Tədbirdə o da vurğulanıb ki, dərslik uzun illər təcrübədə uğurla sınaqdan çıxmış "Heydər Əliyev və Qafqazda sülh prosesi" tədris proqramı əsasında hazırlanıb. Əsər Qafqazda sülh və inteqrasiya proseslərində Azərbaycanın yeri və rolunu özündə təcəssüm etdirən, 1993-cü ildən bəri regionda cərəyan edən hadisələrin obyektiv, hərtərəfli və ümumiləşdirilmiş şəkildə təhlilini verən ilk təcrübədir.
Ali təhsil müəssisələrində çalışan müəllimlər, alimlər, politoloqlar, həmçinin geosiyasi və beynəlxalq problemlərlə məşğul olan mütəxəssislər, magistrlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab giriş, on iki fəsil, nəticə, istifadə olunmuş zəngin mənbə və elmi ədəbiyyatın siyahısından ibarətdir.
Professor İradə Hüseynovanın "Heydər Əliyev və Qafqazda sülh prosesi" dərsliyinə kitabın elmi redaktoru professor Əli Həsənov tərəfindən sanballı, analitik xarakterli geniş "Ön söz" yazılıb. Dərsliyə görkəmli akademiklər Ziyad Səmədzadə və Xoşbəxt Yusifzadə rəy veriblər.
Xatırladaq ki, Əliyevşünas və qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsərin – Əliyevşünaslıq elminə dəyərli töhfələr olan "Dövlətçilik naminə" (Bakı, 2001), "Müstəqilliyimizin təminatçısı" (Bakı, 2003), "Müstəqil Azərbaycan dövlətinin qurucusu" (Bakı, 2004), "Qeydar Aliev – ot politiçeskoqo rukovoditelə k obhenaüionalğnomu lideru" (Bakı, 2005), "Tarix. Zaman. Düşüncələr." I cild. (Bakı 2016) adlı monoqrafiyaların, qafqazşünaslıq sahəsində - "Qafqaz xalqlarının tarixi" (Bakı, 2006), "Heydər Əliyev və Qafqazda sülh prosesi" (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq "İstoriçeskaə gnüiklopediə Kavkaza" (Bakı, 2010) adlı irihəcmli ensiklopedik nəşrin müəllifidir.
M.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

