/ / Rauf Həsənov: Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təbriki bizi çox sevindirdi
Rauf Həsənov: Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təbriki bizi çox sevindirdi
10.04.2019 [09:20]
Həm övladımızın dünyaya gəlməsi, həm də onun Azərbaycanın 10 milyonuncu sakini olmasına görə çox sevinirik. Bu, bizim üçün ikiqat sevinc oldu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təbriki isə bizi çox sevindirdi. Bizi ilk olaraq onlar təbrik etdilər. Bu, bizim üçün çox xoş oldu. Çox sevindik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın aprelin 6-da dünyaya gəlmiş 10 milyonuncu sakini Mehriban Həsənovanın atası Rauf Həsənov deyib.
R.Həsənov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.
Sevincinin həddi-hüdudu olmadığını vurğulayan körpənin nənəsi Əsmaə Mustafayeva da ilk təbriki Prezident İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan eşitdiklərinə görə çox şad olduqlarını söyləyib. “Deyə bilərəm ki, nəvəm mənim üçün ad günümə əvəzedilməz bir hədiyyə oldu. Aprelin 12-si mənim doğum günümdür, o, məni öz gəlişi ilə təbrik etdi”, - deyə Ə.Mustafayeva bildirib.
Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakininin doğulması əlbəttə ki, kollektivimiz üçün qürurvericidir. Biz əminik ki, bu uşaq Vətəninə xeyirli övlad olacaq.
Bu sözləri isə Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.
S.Məmmədova deyib ki, 2009-cu ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə yenidən qurulan bu mərkəzin açılışında iştirak ediblər. Artıq 10 ildir ki, fəaliyyət göstəririk. On ilin tamamında dövlətimizin başçısı və xanımı bir daha mərkəzimizə gələrək bu sevinci bizə yaşatdılar.
Xatırladaq ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.
Qeyd edək ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur. Azərbaycanda isə əhalinin sayı dinamik templə artır.
Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

