Səbail rayonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib
26.02.2019 [08:42]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sara Xanlarova Xocalı soyqırımı haqqında məlumat verib. O, qeyd edib ki, tədbirin əsas məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin gənc nəslə çatdırılmasıdır.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev deyib ki, Azərbaycan tarixinin ən hüznlü səhifələrindən biri olan Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayət aktıdır. Millət vəkili XXI əsrin astanasında ermənilər tərəfindən etnik zəmində törədilmiş bu dəhşətli qətliam haqqında beynəlxalq hüquq müdafiəçilərinin hələ də susmasının təəssüf doğurduğunu bildirib.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə danışan millət vəkili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il keçirilən silsilə tədbirlər haqqında da məktəblilərə ətraflı məlumat verib. Ş.Hacıyev bildirib ki, məhz bu tədbirlər nəticəsində Xocalı soyqırımı bu gün dünyanın 13 ölkəsində parlament səviyyəsində, ABŞ-ın 22 ştatında parlament səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınmışdır.
Ş.Hacıyev onu da diqqətə çatdırıb ki, xalq-iqtidar birliyinin mövcud olduğu ölkəmizin güclü ordusu var: “Aprel hadisələri göstərdi ki, Azərbaycanın elə bir güclü, qüdrətli ordusu var ki, biz iki həftə ərzində nəinki Qarabağı, əzəli torpaqlarımızı da qaytara, Azərbaycan bayrağını İrəvanda da sanca bilərik. Bu gün dünya elə bir sistem dəyişikliyinə məruz qalıb ki, beynəlxalq iqtisadi, siyasi qaydalar, beynəlxalq hüquq işləmir, BMT-nin qəbul etdiyi qərarlar işləmir. Bu səbəblə də biz güclənməliyik, gənclərimiz güclü, hazır, sağlam olmalıdır, yeni biliklərə yiyələnməlidirlər”.
Sonra məktəb şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş və bu faciənin səbəbkarı olan erməni cinayətkarlarını ifşa edən təsirli ssenari əsasında qurulmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50

