/ / Ağdamda erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində zərər dəymiş evlər bərpa olunur
Ağdamda erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində zərər dəymiş evlər bərpa olunur
06.02.2019 [09:39]
Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir. Bərpa işləri Prezident İlham Əliyevin “Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır.
Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bərpa ediləcək evlərin 23-ü Çəmənli, 11-i Qaradağlı, 9-u Mahrızlı, 9-u Sarıcalı, 7-si Hacıməmmədli, 7-si Məmmədbağırlı, 7-si Orta Qərvənd, 7-si Təzəkənd, 6-sı Evoğlu, 6-sı İsalar, 5-i Ayaq Qərvənd, 5-i Əfətli, 4-ü Çıraxlı, 4-ü Rzalar, 3-ü Əhmədağalı, 3-ü Mirəşülli, 3-ü Zəngişalı, 1-i Kolqışlaq, 1-i Şükürağalı kəndlərindədir. Artıq 45 evin dam örtüyü dəyişdirilib. Hazırda həmin evlərin daxilində malyar işləri aparılır. Evlərin döşəmə, tavan, qapı və pəncərələri də dəyişdirilir. 20 evdə dam örtüyünün vurulması üçün beton işləri görülür. Bərpa işlərinə 400-dən çox yerli sakin cəlb edilib. Bu işlərin aprel ayında başa çatdırılması nəzərdə tutulur.
Təmas xəttinə yaxın olan yaşayış məntəqələrində zərər dəymiş evlərin dövlətimizin başçısının Sərəncamına əsasən bərpa edilməsi cəbhəyanı kəndlərin sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Evoğlu kənd sakini Dilbazi Cəfərova evlərinin bərpa olunmasına görə sevincini belə ifadə edib: “Evimiz qəzalı vəziyyətdə idi. Dam örtüyü sıradan çıxdığı üçün yağış yağanda su damırdı. Buna görə çox çətinlik çəkirdik. Sağ olsun Prezidentimiz. Evimiz yüksək keyfiyyətlə bərpa edilir. Artıq evin damı, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib. Hazırda otaqlarda təmir işləri aparılır. Tezliklə rahat, təmirli mənzildə yaşayacağıq”.
Qaradağlı kənd sakini Əvəz Əliyev isə deyib: “Dövlətimizin qayğısını hər zaman hiss etmişik. Kəndimiz təmas xəttində yerləşməsinə baxmayaraq qaz, elektrik, su və rabitə ilə təmin olunub. Yollarımız yenidən qurulub. Prezidentimizə, ordumuza güvənərək doğma kəndimizdə yaşayır, təsərrüfat işləri ilə məşğul oluruq. 2016-cı ilin Aprel döyüşləri zamanı ermənilərin artilleriya atəşi nəticəsində dağılan evlər Prezidentin Sərəncamı ilə bərpa edildi. Bu gün isə zərər çəkmiş digər evlərin növbəti Sərəncamla bərpasına başlanılıb. Bütün bunlar dövlətimizin başçısının bizə göstərdiyi diqqət və qayğısının təcəssümüdür”.
Qeyd edək ki, Sərəncama əsasən Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

