Bakıda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
01.02.2019 [09:45]
Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirəni açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov tədbirin aktual mövzuya həsr edildiyini bildirib. Dini radikalizmin cəmiyyətdə yaratdığı fəsadlara toxunan İcra Hakimiyyətinin başçısı ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin önəminə toxunaraq bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi və xalqımızın milli maraqlarına tam uyğun müstəqil siyasət prinsipləri günümüzdə daha da təkmilləşmiş formada tətbiq edilir. Azərbaycan güclü dünyəvi dövlət prinsipləri ilə yanaşı, dini-mənəvi dəyərləri qoruyan və islamofobiya amilinə qarşı ciddi mübarizə aparan ölkədir. Respublikada milli-mənəvi dəyərlərimizə söykənən və sağlam dini təməllər üzərində formalaşdırılmış nümunəvi dövlət-din modeli mövcuddur. DQİDK-nın sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə həyata keçirilən, balanslı, qarşılıqlı maraqlara söykənərək reallaşdırılan, milli və dövlətçilik ənənələrimizin də qətiyyətlə müdafiə edildiyi siyasi kurs Azərbaycanı inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi sivilizasiyalararası mədəniyyətin və multimədəni harmoniyanın təminatçısı kimi tanıdıb.
Səyavuş Heydərov Azərbaycanın bu uğurlarını gözü götürməyən bəzi xarici dairələrin mövcud olduğunu, onlar tərəfindən ölkəmizə yad dini ideologiyaların idxal olunmasına cəhdlər edildiyini vurğulayıb. Əlavə edib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Onun sözlərinə görə, hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq üçün süni şəraitin formalaşdırılması ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir. Bunu Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərir.
Azərbaycanın beynəlxalq güc mərkəzlərinin maraqlarının nəinki kəsişdiyi, hətta toqquşduğu coğrafi mövqedə yerləşdiyini bildirən S.Heydərov təəssüflə vurğulayıb ki, müxtəlif vaxtlarda radikal müxalif qüvvələri də etnik və dini amildən istifadə etməyə cəhd ediblər. Diqqətə çatdırıb ki, ölkəmizdə dini kimlik-milli kimlik qarşıdurması yaratmağa, məzhəbçilik toxumları səpərək xurafat və radikalizmi alovlandırmağa, tolerantlığımızı sarsıtmağa, milli həmrəyliyimizi pozmağa, dünyəvi dövlət prinsiplərini zəiflətmək kimi istəklərə və uğursuz cəhdlərə bu gün də rast gəlinir. O, ölkəmizdə dini durumun sabit olduğunu, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yorulmaz fəaliyyəti nəticəsində sabitlik və əmin-amanlığın yüksək səviyyədə təmin edildiyini deyib. Müharibə şəraitində olan ölkə üçün milli təhlükəsizlik, dini-ideoloji sabitliyin prioritet məsələ olduğunu qeyd edən sədr müavini mövcud təhlükə, təhdidlərin qarşısının alınması üçün sistemli və geniş formada maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. Səyavuş Heydərov çıxışının sonunda hər bir vətəndaşı dindən öz siyasi məqsədləri üçün istifadə edənlərə qarşı diqqətli olmağa, populist vədlərə aldanmamağa, dövlətçiliyə yönəlmiş hərəkətlərin iştirakçısına çevrilməməyə, dövlətin beynəlxalq nüfuzuna xələl gətirməməyə çağırıb.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov deyib ki, Azərbaycanda dini sahədə elə bir problem yoxdur, yalnız bəzi uğursuz cəhdlər müşahidə olunur. Radikalizmin bizim xalqımıza məxsus bir anlayış olmadığını bildirən P.Cahangirov vurğulayıb ki, tariximizə də nəzər salsaq görərik ki, azərbaycanlılar heç bir vaxt dini qarşıdurmalarda iştirak etməyiblər. O əlavə edib ki, biz müxtəlif imperiyaların tərkibində olarkən dilimizi, ənənələrimizi, dinimizi qoruyub saxlamışıq.
Daha sonra Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Rahib Babayev çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

